Saytımızı qiymətləndirin


 
 

Almaniya kansleri gözlənilmədən Kiyevə gedib, 1 milyard avroluq yardım gözlənilir
Tarix: 04-10-2026 | Saat: 10:28
Bölmə:Karusel / Dünya | çapa göndər

Almaniya kansleri Fridrix Merts

 

Almaniya kansleri Fridrix Merts əvvəlcədən elan olunmamış səfərlə Kiyevə gəlib. Səfərin əsas məqsədi Ukraynaya Rusiya ilə müharibə fonunda yeni hərbi və enerji yardımının göstərilməsidir.

Qarabaginfo.az UNIAN-a istinadən xəbər verir ki, yeni yardım paketində əsas diqqət pilotsuz uçuş aparatlarının qarşısını almaq üçün nəzərdə tutulan minlərlə dron-tutucuya və uzaqmənzilli silahlara yönəldiləcək.

“Rusiya müharibəni dayandırılmasa, onun hərbi maşını gec-tez bizə qarşı çevriləcək”, – Merts Kiyevə çatdıqdan sonra bildirib.

DPA-nın məlumatına görə, Almaniya yaxın zamanda Ukrayna Silahlı Qüvvələrinə Rusiya dronlarına qarşı istifadə üçün minlərlə dron-tutucu göndərməyi planlaşdırır. Eyni zamanda, Rusiya qoşunlarının arxa cəbhədəki təchizat xətlərini vurmaq imkanına malik uzaqmənzilli silahların istehsalının artırılması nəzərdə tutulur.

Bu məqsədlərə artıq təsdiqlənmiş büdcə vəsaitindən ümumilikdə 1 milyard avro ayrılması planlaşdırılır. Bundan başqa, dağıdılmış elektrik stansiyalarının təmiri və bərpasına əlavə 350 milyon avro yönəldiləcək.



Xəbəri paylaş

49 dəfə oxunub.

Digər xəbərlər