Tarix: 21-11-2022 | Saat: 19:31
Bölmə:Karusel / Manşet | çapa göndər
Qətərdə təşkil olunan DÇ-2022 davam edir.
Qarabaginfo.az xəbər verir ki, bu gün üçün nəzərdə tutulan 3 matçdan artıq 1-i başlayıb. B qrupunda İngiltərə İranla qarşılaşıb və 6:2 hesabı ilə qalib gəlib. Dohadakı "Xəlifə" stadionunda oynanılan görüş Bakı vaxtı ilə saat 17:00-da başlayıb.
A qrupunun ikinci matçında Niderland yığması Seneqalla üz-üzə gələcək. "Al-Tumama" arenasındakı oyun Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Bu qrupun və mundialın ilk görüşündə ev sahibi Qətər Ekvador yığmasına 0:2 hesabı ilə uduzub.
Günün son matçında ABŞ yığması Uelslə üz-üzə gələcək. "Əhməd ibn Əli" stadionunda keçiriləcək görüşün Bakı vaxtı ilə 23:00-da başlayacaq.
21 noyabr
DÇ-2022
B qrupu
17:00. İngiltərə - İran - 6:2
Qol: Cud Bellinqem, 35, Bukayo Saka, 44, Rahim Sterlinq, 45+1, Saka, 62, Reşford, 72, Qriliş, 90 - Taremi, 65, 90+13
Baş hakim: Rafael Klaus (Braziliya)
"Xəlifə" stadionu
Digər xəbərlər