Filosof İoanna Kuçuradi vəfat edib
Tarix: 04-10-2026 | Saat: 11:15
Bölmə:Karusel / Dünya | çapa göndər
45 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 04-10-2026 | Saat: 11:15
Bölmə:Karusel / Dünya | çapa göndər
Türkiyənin tanınmış filosofu, professor İoanna Kuçuradi vəfat edib.
Qarabaginfo.az xəbər verir ki, filosof 89 yaşında, müalicə aldığı Maltepe Universitetinin Tibb fakültəsinin Təhsil və Araşdırma Xəstəxanasında dünyasını dəyişib.
Məlumata görə, İoanna Kuçuradi ilə vida mərasimi oktyabrın 4-də Maltepe Universitetində keçiriləcək. Filosof həmin gün Şişli Rum Pravoslav qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, İoanna Kuçuradi insan hüquqları, insan fəlsəfəsi və etika sahəsində apardığı araşdırmalarla tanınıb. O, Türkiyə Fəlsəfə Qurumunun sədri, Dünya Fəlsəfə Cəmiyyətləri Federasiyasının fəxri prezidenti olub. Kuçuradi uzun illər insan hüquqları sahəsində müxtəlif milli və beynəlxalq təşkilatlarda fəaliyyət göstərib. O, həmçinin Maltepe Universitetinin İnsan Hüquqları və Fəlsəfəsi Tətbiq və Araşdırma Mərkəzinə və mərkəzin nəzdində fəaliyyət göstərən UNESCO kafedrasına rəhbərlik edib.
Xəbəri paylaş
Digər xəbərlər
18-01-2022, 10:42
“Hərbçiləri təhqir edirsə, mütləq cəzasını almalıdır”
20-10-2022, 17:24
Azərbaycan və Türkiyə prezidentləri Cəbrayılda Qumlaq dəmir yolu stansiyasının təməlini qoyublar
4-05-2026, 22:49
İtaliyanın Baş naziri Corcia Meloni Azərbaycana səfərə gəlib
22-04-2026, 13:02
Cəbrayılda “Şəfəq” layihəsi çərçivəsində ilk günəş paneli quraşdırılıb
3-06-2026, 14:14
Kreml Ukraynanın Beynəlxalq İqtisadi Forum ərəfəsində Sankt-Peterburqu vurmasını şərh edib
21-01-2025, 16:41
Zərərçəkən: "Onların layiqli cəza alacaqlarına inanırıq" - Çoxsaylı hərbi cinayətlərdə təqsirləndirilən Araik Arutyunyan və digərlərinin məhkəməsi
11-03-2023, 11:42
“Bu necə blokadadır ki, 90 gündür hava və su ilə dolanırlar?”


















