Saytımızı qiymətləndirin


 
 

Kreml Ukraynanın Beynəlxalq İqtisadi Forum ərəfəsində Sankt-Peterburqu vurmasını şərh edib
Tarix: 03-06-2026 | Saat: 14:14
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Kreml Ukraynadakı müharibəni bir gündə bitirməyin şərtini açıqlayıb – Bakues.az

Rusiyanın Ukraynanın Sankt-Peterburqa zərbə endirməsinə cavabı sistemli olacaq.

Qarabaginfo.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

O, Rusiya Xarici İşlər Nazirliyinin bəyanatını xatırladıb. Peskov vurğulayıb ki, həmin bəyanatda Moskvanın cavab tədbirlərinin sistemli xarakter daşıdığı qeyd olunub.

Rusiya Prezidentinin mətbuat katibi konkret Ukrayna dronlarının Peterburqa PUA zərbəsi haqqında məlumatı şərh etməyin regional hakimiyyət orqanlarının və Müdafiə Nazirliyinin səlahiyyətində olduğunu bildirib.

Xatırladaq ki, bu gün Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu fəaliyyətə başlayır. Forumun ilk günündə Ukrayna şəhərə və Leninqrad vilayətinə dron hücumu həyata keçirib.

Sankt-Peterburq neft terminalı və Kronştaddakı liman infrastrukturu vurulub.



Xəbəri paylaş

7 dəfə oxunub.

Digər xəbərlər