Saytımızı qiymətləndirin


 
 

Kreml Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin quraşdırılmasını şərh edib
Tarix: 24-04-2023 | Saat: 15:44
Bölmə:Karusel / Siyasət / Qarabağ | çapa göndər

Rusiya Bakı, İrəvan və Moskvanın üçtərəfli bəyanatlarının müddəalarının həyata keçirilməsi üzərində işi davam etdirəcək.

Qarabaginfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan anlaşmaların bütün bəndlərinə alternativin olmadığını başa düşməlidirlər.

Peskov Laçın dəhlizində Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin quraşdırılması ilə bağlı xəbərləri şərh edərkən qeyd edib ki, Rusiya Bakı ilə İrəvan arasında münasibətlərin həllində vasitəçi kimi çıxış etməyə davam edəcək, lakin vəziyyət sadə deyil.

“Rusiya vasitəçilik səylərini davam etdirir və əsasən əvvəllər imzalanmış üçtərəfli sənədlərin bütün müddəalarını yerinə yetirir. Rusiya bunun üzərində İrəvan və Bakı ilə birgə fəaliyyətini davam etdirəcək. Biz təmasları davam etdiririk, vəziyyət həqiqətən çətindir. Bu, əlavə səylər və ən əsası adıçəkilən ölkələrdən qeyd olunan razılaşmaların həyata keçirilməsinə alternativin olmadığını başa düşmələrini tələb edir”, – Peskov deyib.(Azpost.info)



Xəbəri paylaş

183 dəfə oxunub.

Digər xəbərlər
11-11-2020, 13:36 Bəxtiyar Hacıyev yazır