Saytımızı qiymətləndirin


 
 

İsrail Netanyahunun evinə PUA hücumundan sonra təhlükəsizlik tədbirlərini gücləndirib
Tarix: 19-10-2024 | Saat: 14:36
Bölmə:Karusel / Dünya | çapa göndər

Livandan İsrail Baş naziri Binyamin Netanyahunun evinə doğru pilotsuz uçan aparatın buraxılmasından sonra Tel-Əviv bəzi hökumət rəsmilərinin hərəkəti ilə bağlı sayıqlıq səviyyəsini artırıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.

Məlumata görə, şəxsi təhlükəsizlik bölməsi dövlət məmurları üçün sayıqlıq səviyyəsini artırıb və təhlükəsizlik blokundan kənar liderlər üçün səyahət təlimatlarını sərtləşdirib.

Netanyahunun ofisinin müşaviri Dmitri Gendelman bildirib ki, şənbə günü pilotsuz uçuş aparatı Baş nazirin evinə doğru buraxılıb. İnsident zamanı heç bir itki olmayıb və hücum zamanı Netanyahu özü və həyat yoldaşı evdə olmayıb.



Xəbəri paylaş

8 dəfə oxunub.

Digər xəbərlər