Livandan İsrail Baş naziri Binyamin Netanyahunun evinə doğru pilotsuz uçan aparatın buraxılmasından sonra Tel-Əviv bəzi hökumət rəsmilərinin hərəkəti ilə bağlı sayıqlıq səviyyəsini artırıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.
Məlumata görə, şəxsi təhlükəsizlik bölməsi dövlət məmurları üçün sayıqlıq səviyyəsini artırıb və təhlükəsizlik blokundan kənar liderlər üçün səyahət təlimatlarını sərtləşdirib.
Netanyahunun ofisinin müşaviri Dmitri Gendelman bildirib ki, şənbə günü pilotsuz uçuş aparatı Baş nazirin evinə doğru buraxılıb. İnsident zamanı heç bir itki olmayıb və hücum zamanı Netanyahu özü və həyat yoldaşı evdə olmayıb.