Saytımızı qiymətləndirin


 
 

Karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin məcbur olduğu məkanlar bəlli oldu
Tarix: 29-05-2020 | Saat: 16:05
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələblər müəyyənləşib

Nazirlər Kabineti “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” qərar qəbul edib.

 

Qarabaginfo.az xəbər verir ki, qərara əsasən, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir:

 

 

1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili)

sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus,

taksi, metro, dəmiryolu və s.);

1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət

obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı

olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının

zəruri olduğu hallar istisna olmaqla);

2

1.3. dövlət orqanlarının (qurumlarının) binalarında

vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan

sahələrdə;

1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə

xidmət göstərilməsi üçün istifadə edilən sahələrində;

1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində;

1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı

məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində,

sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə;

1.7. ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının,

bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət

obyektlərinin qarşısında növbədə;

1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu açıq

havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin

qorunmasının mümkün olmadığı digər hallarda.

  1. Tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ

koronavirus (COVID-19) infeksiyasına qarşı digər qoruyucu

tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin

qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir.

  1. Bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən

edilmiş məsuliyyətə səbəb olur.



Xəbəri paylaş

401 dəfə oxunub.

Digər xəbərlər