Saytımızı qiymətləndirin


 
 

“Bu necə blokadadır ki, 90 gündür hava və su ilə dolanırlar?”
Tarix: 11-03-2023 | Saat: 11:42
Bölmə:Karusel / Qarabağ | çapa göndər

“Bu necə blokadadır ki, 90 gündür hava və su ilə dolanırlar?”

“Qarabağ separatçıları çox rahat bir şəkildə Rusiya sülhməramlılarını müşayiəti ilə gedib-gəlirlər. Nə qədər ki bizim Laçında postumuz olmayacaq, təkcə arutyunyanlar yox, digərləri də ərazilərimizə girib-çıxacaqlar. Bu gediş-gəlişi təmin edənlər isə Rusiya sülhməramlılarıdır”.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

O, qondarma rejim təmsilçilərinin “blokada vəziyyəti”ndə İrəvana necə gəlib-getmələrini şərh edib.

Ü. Cəfərov diqqəti ona yönəldib ki, ruslar sadəcə olaraq öz fəaliyyətini bu şəkildə davam etdirir:

“Arada informasiya da sızdırırlar ki, guya Arutyunyan əhval-ruhiyyəsi çox aşağı vəziyyətdə qayıdıb, dilxordur və vəzifəsindən getmək istəyir.

Prinsip etibarilə, aydın məsələdir ki, Araik Arutyunyan orada bundan sonra “prezident” olası deyil. Eləcə də o qondarma qurumun ömrünə də az qalıb və onlar tarixin yaddaşına gedəcək. Sadəcə olaraq Rusiya sülhməramlıları bu gün onlara bu şəraiti yaradırlar. Düşünmürəm ki, onu aparıb-gətirməyə görə Arutyunyandan pul alsınlar, amma ən azından separatçılar bunu başqa bir formada ruslara kompensasiya edirlər”.

Polkovnik xatırladıb ki, ötən günlərdə Rusiya sülhməramlılarının Xocalıdakı qərargahının qarşısında Qarabağ erməniləri etiraz aksiyası keçirmişdilər:

“Bəziləri bunun detallarını bilməsələr də, erməni sosial şəbəkə seqmentində yazılmışdı ki, oraya toplaşanlar sülhməramlılardan daşınma xərclərini azaltmaq tələbini irəli sürürdülər. Yəni onlar istəyirlər ki, general-mayor Andrey Volkovla görüşsünlər və onun göstərişi ilə daşınma xərclərinin qiyməti aşağı salınsın. Onlar bu məqsədlə toplaşmışdılar. Ona görə də ruslar bundan sonra da vəziyyəti dəfələrlə gərginləşdirəcək ki, öz mövcudluqlarını bölgədə davam etdirsinlər”.

“O ki qaldı Xocalı aeroportuna, mən düşünmürəm ki, onunla Ermənistana gedib-gəlsinlər. Əgər Xocalı aeroportundan istifadə etsə idilər, bizim məlumatımız olardı, amma belə bir şey yoxdur. Onlar dəfələrlə bunu desələr də, istifadə etməyiblər. Qısası, Qarabağ erməniləri rahat şəkildə Xankəndi-Laçın yolu ilə İrəvana gedib-gəlirlər. Bunu bilmək lazımdır”, – hərbi ekspert söyləyib.

Mütəxəssisin fikrincə, son günlər ermənilərdə Xankəndi-Xəlfəli yolundan istifadə dəbə düşüb:

“Düşünmürəm ki, biz Rusiya sülhməramlılarının avtomobilini yoxlamaq səlahiyyətində olmayaq və yoxlamayaq. Ona görə də oraya gedib-gələnlərlə bağlı dəfələrlə danışsaq da, bu haqda heç bir tədbir görülmür və bundan sonra da o yoldan rahat şəkildə istifadə edəcəklər”.

Həmsöhbətimiz iddia edib ki, bu gün Nikol Paşinyan da onun marağındadır ki, Qarabağ erməniləri bölgədə separatizmi genişləndirsin:

“Onlara verilən silah-sursat və yanacaq da bu istiqamətdədir. Başqa şeyi düşünmək özümüzü aldatmağa bərabər olan bir şeydir. Çünki bu silah-sursat separatçılara ona görə verilib ki, onlar özlərini əmin hiss etsinlər.

Maraqlıdır, bu necə blokadadır ki, 90 gündür bunlar hava və su ilə dolanırlar? Xeyr, onlara normal ərzaq aparılır. Hətta Beynəlxalq Qızıl Xaç Komitəsi də bu işin içində var, eləcə də sülhməramlılar. Bu minvalla da onlar öz dövranlarını davam etdirirlər”.



Xəbəri paylaş

1109 dəfə oxunub.

Digər xəbərlər