Saytımızı qiymətləndirin


 
 

Zelenski: Ukrayna ilin sonunadək büdcə kəsirini aradan qaldıracaq
Tarix: 04-10-2026 | Saat: 10:59
Bölmə:Karusel / Dünya | çapa göndər

Ukrayna Prezidenti Volodimir Zelenski

 

Ukrayna ilin sonunadək mövcud büdcə kəsirini qarşılaya biləcək.

Qarabaginfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsində bildirib.

“Son bir neçə ay ərzində maliyyə kəsirimiz üzərində işləyirdik. Mövcud kəsiri ilin sonunadək aradan qaldıracağıq. Hələ üzərində işləməli olduğumuz bəzi məsələlər var, amma kəsiri aradan qaldıracağıq”, – Zelenski deyib.

Onun sözlərinə görə, buna nail olmaq asan olmayıb və proses tərəfdaşlarla, xüsusilə Avropa İttifaqı ilə əməkdaşlıq şəraitində həyata keçirilib.

Zelenski Ukraynanın gələn il üçün nəzərdə tutulmuş kredit vəsaitlərinin bir hissəsindən də istifadə etməyə çalışacağını bildirib.



Xəbəri paylaş

49 dəfə oxunub.

Digər xəbərlər