Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Zelenski: Ukrayna ilin sonunadək büdcə kəsirini aradan qaldıracaq
Ana Sayfa > Karusel / Dünya > Zelenski: Ukrayna ilin sonunadək büdcə kəsirini aradan qaldıracaq

Zelenski: Ukrayna ilin sonunadək büdcə kəsirini aradan qaldıracaq


4-10-2026, 10:59. Yazar: Admin

Ukrayna Prezidenti Volodimir Zelenski

 

Ukrayna ilin sonunadək mövcud büdcə kəsirini qarşılaya biləcək.

Qarabaginfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsində bildirib.

“Son bir neçə ay ərzində maliyyə kəsirimiz üzərində işləyirdik. Mövcud kəsiri ilin sonunadək aradan qaldıracağıq. Hələ üzərində işləməli olduğumuz bəzi məsələlər var, amma kəsiri aradan qaldıracağıq”, – Zelenski deyib.

Onun sözlərinə görə, buna nail olmaq asan olmayıb və proses tərəfdaşlarla, xüsusilə Avropa İttifaqı ilə əməkdaşlıq şəraitində həyata keçirilib.

Zelenski Ukraynanın gələn il üçün nəzərdə tutulmuş kredit vəsaitlərinin bir hissəsindən də istifadə etməyə çalışacağını bildirib.


Geri dön