Saytımızı qiymətləndirin


 
 

Tramp aralıq seçkilərlə bağlı iddialı danışıb: “Böyük sürpriz olacaq”
Tarix: 04-10-2026 | Saat: 18:21
Bölmə:Karusel / Dünya | çapa göndər

ABŞ Prezidenti Donald Tramp

 

ABŞ Prezidenti Donald Tramp Respublikaçılar Partiyasının noyabrın 3-də keçiriləcək aralıq seçkilərdə gözləniləndən daha yaxşı nəticə göstərəcəyini bildirib.

Qarabaginfo.az “Al Jazeera“ya istinadən xəbər verir ki, Tramp Ohayo ştatının Vandaliya şəhərində Respublikaçı namizədlərə dəstək məqsədilə keçirilən mitinqdə çıxış edib. O, seçkilərdə “böyük sürpriz” olacağını söyləyib.

Tramp seçiciləri səsvermədə fəal iştirak etməyə çağırıb. O, senator Con Hasted, qubernatorluğa namizəd Vivek Ramasvami və digər respublikaçılara dəstək verib.

Sorğular Demokratların aralıq seçkilərdə mövqelərini gücləndirə biləcəyini göstərir. Ohayoda Senat uğrunda mübarizə də gərgin keçir. Respublikaçı Con Hasted keçmiş demokrat senator Şerrod Braunla rəqabət aparır.

Tramp mitinqdə süni intellekt üçün istifadə olunan məlumat mərkəzlərinin tikintisini də müdafiə edib. Bu layihələr Ohayoda elektrik enerjisinin qiymətləri, su ehtiyatları və kənd təsərrüfatı torpaqlarına təsiri səbəbindən mübahisələrə yol açıb.



Xəbəri paylaş

45 dəfə oxunub.

Digər xəbərlər