Tarix: 07-07-2022 | Saat: 13:51
Bölmə:Karusel / Region | çapa göndər
Qarabaginfo.az Oxu.az-a istinadən xəbər verir ki, buna səbəb Bişkekdəki Azərbaycan diasporu nümayəndələrinin etirazları olub.
Belə ki, Bişkekdə fəaliyyət göstərən “Türkdilli dövlətlərin siyasətinə dəstək fondu”nun prezidenti Nüsrət Məmmədov və “Azəri” İctimai Birliyinin sədri Əzizağa Əliyev Kino evinin direktoru Gülmira Kərimova ilə əlaqə saxlayaraq sözügedən filmin mahiyyətini izah edib və ləğv olunmasını tələb ediblər.
Bundan sonra Kyrgyzcinema.com saytında yerləşdirilən müvafiq elan silinib, filmin nümayişinin isə dayandırıldığı qeyd olunub.
11:42
Qırğızıstanda fəaliyyət göstərən Kino evində Azərbaycana qarşı təxribata yol verilib.
Belə ki, Kyrgyzcinema.com saytında Bişkekdə fəaliyyət göstərən kino evində iyulun 8-də “Si Le Vent Tombe” (“Əgər külək əsərsə”) filminin nümayiş olunacağı anons edilib.
Ermənilər tərəfindən çəkilən sözügedən filmdə isə hadisələr Azərbaycanın bir vaxtlar işğal altında olan torpaqlarında cərəyan edir. Film bütövlükdə Azərbaycan dövlətinə və xalqına qarşı düşmənçilik hislərinin təbliğinə xidmət edir.
Azərbaycana qarşı təxribat xarakterli nümayişin “Alliance Francaise Bishkek” tərəfindən təşkil olunduğu qeyd edilir.
Digər xəbərlər