Saytımızı qiymətləndirin


 
 

Boyun ölçüsü sağlamlıq risklərini göstərə bilər
Tarix: 06-09-2025 | Saat: 14:38
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

 

Həkimlər uzun müddətdir sağlamlıq risklərini qiymətləndirmək üçün bədən kütləsi indeksi (BMI) və bel-kalça nisbətindən istifadə ediblər. Lakin son araşdırmalar göstərir ki, boyun ətrafı da ciddi sağlamlıq problemlərinin xəbərçisi ola bilər.

AZƏRTAC “sciencealert.com” portalına istinadla xəbər verir ki, risklər qalın boyun ürək-damar xəstəlikləri (hipertoniya, atrial fibrilasiya, ürək çatışmazlığı, koronar ürək xəstəliyi) ilə əlaqələndirilir. Həmçinin tip 2 diabet və hamiləlik şəkəri (gestational diabet) riskini artırır. Bundan başqa, yuxu apnesinə səbəb ola bilər, bu da gündüz yorğunluq və avtomobil qəzaları riskini yüksəldir.

Kişilərdə 43 santimetr (17 düym) və yuxarı, qadınlarda isə 35,5 santimetr (14 düym) və yuxarı ölçülər riskli sayılır. Araşdırmalara görə, bu həddi aşan hər əlavə santimetr ölüm və xəstəxanaya düşmə riskini artırır. Üstəlik, normal BMI-yə sahib insanlar da bu risklərdən sığortalanmır.

Bəs bununla bağlı nə etmək olar? Ürək-damar məşqləri və çəki məşqləri ilə boyun ətrafındakı yağı azaltmaq mümkündür. Keyfiyyətli yuxu və balanslaşdırılmış pəhriz (paxlalılar, meyvə, tərəvəz) faydalıdır. Boyun ölçmək üçün sadəcə lent lazımdır: boynun ən dar hissəsinə sarmaq kifayətdir.

Mütəxəssislər bildirirlər ki, boyun ölçüsü sağlamlıq qiymətləndirmələrinin tam əvəzləyicisi olmasa da, ürək-damar və metabolik sağlamlıq barədə əlavə məlumat verir. Boynumuz sağlamlığımız haqqında düşündüyümüzdən daha çox məlumat verə bilər.



Xəbəri paylaş

39 dəfə oxunub.

Digər xəbərlər