Saytımızı qiymətləndirin


 
 

Xırdalanda partlayış olan binanın sakinləri ilə görüş keçirildi
Tarix: 16-02-2022 | Saat: 19:20
Bölmə:Karusel / Gündəm | çapa göndər

Xırdalanda partlayış olan binanın sakinləri ilə görüş keçirildi

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev 25 yanvar 2021-ci il tarixdə Xırdalan şəhəri, 27-ci məhəllə, 1b saylı çoxmənzilli binada baş vermiş güclü partlayış nəticəsində ziyan çəkmiş sakinlərlə görüşmək məqsədilə sözügedən ünvana gedib.

Qarabaginfo.az xəbər verir ki, görüş zamanı bildirilib ki, güclü partlayış nəticəsində 5 mənzil tamamilə dağılıb, qarşıdakı 80 mənzildən ibarət çoxmənzilli yaşayış binasında 40-dan çox mənzilin pəncərələri, qapıları və bir çox məişət əşyaları yararsız vəziyyətə düşüb.

Hazırda çoxmənzilli binada təmir-bərpa işləri başa çatıb, zərər çəkmiş ailələr öz mənzillərinə qaytarılıb. Mənzilləri tamamilə dağılmış 5 ailə üçün isə çoxmənzilli yaşayış binasının qarşısında iki mərtəbədən ibarət binanın tikintisi və çoxmənzilli binada mətbəxi yararsız vəziyyətə düşmüş bir ailə üçün isə növbəti mərhələdə mətbəxtin yenidən inşası nəzərdə tutulub.

Lakin Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə bildirilib ki, iki mərtəbədən ibarət binanın tikintisi üçün təklif olunan ərazinin ölçüləri şəhərsalmanın əsaslandırılması layihəsinin işlənməsi üçün yetərli (tələbləri ödəmir) deyil və bu səbəbdən məsələ açıq olaraq qalır.

RİH başçısı Abdin Fərzəliyev aidiyyəti dövlət qurumları ilə yazışmaların davam etdiriləcəyini və problemin həlli istiqamətində mümkün variantların araşdıracaqlarını bildirib.

Qeyd edək ki, icra başçısı Abdin Fərzəliyev həmçinin Xırdalan şəhərində istifadəsiz qalmış və yararsız hala düşmüş Şahmat Məktəbinin mövcud durumu ilə tanış olmaq məqsədilə binaya baxış keçirib.

 


 



Xəbəri paylaş

1303 dəfə oxunub.

Digər xəbərlər