Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda 8 yerdə ağaclar və iri budaqlar qırılaraq yolun hərəkət hissəsinə aşıb
Tarix: 11-08-2021 | Saat: 10:26
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanda 8 yerdə ağaclar və iri budaqlar qırılaraq yolun hərəkət hissəsinə aşıb

Bu gün səhər saatlarında şımal-qərb bölgəsində güclü küləyin əsməsi nəticəsində respublika əhəmiyyətli İsmayıllı-Qaraməryəm-Şəki-Oğuz avtomobil yolunun Oğuz rayonun ərazisindən keçən 106-111-ci km-lik hissəsində 7 nöqtədə, Kərimli avtomobil yolunda isə 1 nöqtədə ağacların və iri budaqların yolun hərəkət hissəsinə qırılaraq aşması avtonəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, dərhal qeyd olunan ərazilərə Agentliyin xüsusi alətlərlə təchiz olunmuş əməkdaşları cəlb olunub. Qısa müddət ərzində sözügedən avtomobil yollarının hərəkət hissəsi qırılmış ağac və budaqlardan təmizlənərək avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti təmin olunub.



Xəbəri paylaş

282 dəfə oxunub.

Digər xəbərlər