Saytımızı qiymətləndirin


 
 

Əliyev ermənilərə işarə etdi: Əgər mən dedimsə…
Tarix: 02-08-2023 | Saat: 14:42
Bölmə:Karusel | çapa göndər

Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində Qarabağdakı erməni əhalisinə seçim təqdim etdi:

- Başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar;

- Başa düşməlidirlər ki, bizi saymamağa davam etsələr, bizim mövcud olmadığımız kimi davranmağa davam etsələr və ya “prezidenti”, “nazirləri”, “parlamentariləri” olan qondarma ölkədə yaşayırlarmış kimi davransalar, bu gün olduqları vəziyyət onların xeyrinə dəyişməyəcək.

Və Prezidentin müraciətinin sonunda bir qeydi xüsusilə diqqət çəkdi: “Biz onlara normal həyat təklif edirik. Düşünürəm ki, onlar mənə qulaq assalar başa düşəcəklər və bilirlər ki, mən sözümə əməl edirəm”.

Maraqlıdır, Əliyev “onlar bilirlər ki, mən sözümə əməl edirəm” dedikdə nəyi nəzərdə tutur, yaxud bunu nəyə əsasən deyir?

44 günlük müharibənin gedişində ermənilər Əliyevin dediyi sözlərə əməl etdiyinin şahidi oldu. Xüsusilə müharibənin ilk 10 günlüyündən sonra Ermənistan hakimiyyətinin təbliğat maşınının yalan olduğunu anlayan ermənilər “Əliyevə qulaq asın, doğru danışan odur” deyirdilər və sosial şəbəkələrin erməni seqmentində əsas müzakirə mövzusu da “Əliyev deyirsə ki, sona qədər gedəcək, deməli, elə olacaq” formasında idi. 44 günlük müharibənin nəticələri bunu təsdiq etdi.

Müharibədən sonra Əliyevin üç istiqamətdə atdığı addımlar təkcə Azərbaycanda və beynəlxalq siyasi arenada yox, həm də erməni əhalisi arasında müzakirə olunurdu:

- İşğal dövründə Ermənistanın qanunsuz olaraq irəli çəkdiyi dövlət sərhədini bərpa etmək;

- “Laçın dəhlizi”ni ləğv etmək və yola sərhəd-keçid məntəqəsi qurmaq;

- Qarabağdakı erməni əhalisinin reinteqrasiyasını təmin etmək.

Prezident İlham Əliyev dövlət sərhədini Araz çayından Murov dağına qədər praktiki olaraq təmin etdi. Laçına post qurdu və “Laçın dəhlizi” məsələsini tamamilə arvixə göndərdi. İndi Qarabağdakı erməni əhalisinin reinteqrasiyası istiqamətində addımlar atılır.

Və ermənilər də bilir ki, Əliyev bunu deyirsə, edəcək, onların bütün hüquq və təhlükəsizliyi də təmin olunacaq, daha yaxşı yaşaya biləcəklər;

Və Əliyev bilir ki, onun verdiyi sözə mütləq və mütləq əməl etdiyini ermənilər də bilir, buna görə də onlara düşdükləri vəziyyətdən xilas olmaq, Azərbaycan vətəndaşı olaraq rahat və təhlükəsiz yaşamaq seçimi təqdim edir.

Bu çağırış ritorika yox, reinteqrasiya istiqamətində rəsmi Bakının atacağı praktiki addımların anonsudur. Çünki bunu Əliyev deyir.

 



Xəbəri paylaş

80 dəfə oxunub.

Digər xəbərlər