Saytımızı qiymətləndirin


 
 

"Akademiya daha çox dedi-qodu və didişmə mərkəzi olub" - Tanınmış alimdən AÇIQLAMA
Tarix: 25-01-2022 | Saat: 16:26
Bölmə:Karusel / Təhsil | çapa göndər

“Akademiya daha çox dedi-qodu və didişmə mərkəzi olub” – Tanınmış alimdən AÇIQLAMAwhatsapp sharing button

Son günlər Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) baş verən proseslər cəmiyyətdə ciddi narahatlıqla qarşılanıb. AMEA prezidenti Ramiz Mehdiyevin qalmaqallı təyinatları, qərarları və göstərişləri, o cümlədən etdiyi açıqlamalar geniş rezonansa səbəb olur, qurumda baş verənlərlə bağlı haqlı narazılıqlar mediada işıqlandırılır.

Qarabaginfo.az xəbər verir ki, konkret.az məsələnin aktuallığını nəzərə alaraq ölkənin tanınmış ziyalıları və elm xadimlərinin münasibətini öyrənməyə çalışır.

Azərbaycan Əlyazmalar İnstitutunun farsdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri Nəsib Göyüşov bildiribi ki, AMEA-da gedən proseslər çaş-baş vəziyyəti xatırladır: “Hesab edirəm ki, Akademiyada gedən proseslərlə bağlı əməlli-başlı təhlil aparmaq lazımdır. Çox təəssüf edirəm ki, bu elm ocağının adı pis şəkildə hallanır. Gərək belə olmayaydı. Bilirsiniz, AMEA bir elm mərkəzidir. Amma son proseslər onu göstərir ki, Akademiya daha çox dedi-qodu və didişmə mərkəzi olub. Elmi qurum belə bir vəziyyətə gəlib düşüb. Bu, çox ürəkağrıdıcıdır.

Mənim mövqeyim budur ki, normal bir sistem olmalıdır. Arzu edirəm ki, Akademiyada mövcud sistemdə elmi yanaşma və haqq-ədalət təmin olunsun”.

“Akademiya rəhbərliyi dediklərinizin öhdəsindən gələ bilərmi?” sualına Nəsib Göyüşov belə cavab verdi: “Hər şey göz qabağındadır”.

Nəsib Goyuşov, şərqşünas, filologiya elmləri doktoru



Xəbəri paylaş

1273 dəfə oxunub.

Digər xəbərlər