Saytımızı qiymətləndirin


 
 

"Belarus "yox-yox" deyə-deyə ordusu ARTIQ QAPIMIZDADIR" - Ukraynalı ekspert
Tarix: 11-05-2022 | Saat: 13:48
Bölmə:Karusel / Region | çapa göndər

“Belarus “yox-yox” deyə-deyə müharibəyə qoşulur”.

Qarabaginfo.az xəbər verir ki, bunu hərbi ekspert Oleq Jdanov deyib. O bildirib ki, qarşıdan gələn həftələr Belarusun mümkün hücumuna görə təhlükəli və gərgin keçəcək, çünki qoşunlar bizim istiqamətdə hərəkət edir.

“Mən bunun (hücumun) etibarlılığını 50-50-yə dəyərləndirirəm. Çünki qoşunlar hələ də sərhədimizə doğru irəliləyir, xüsusən də xüsusi əməliyyat qüvvələri və oradakı strateji rayonları tutur. Lukaşenkonun bəyanatları başqa istiqamətə, qoşunlar isə başqa istiqamətə yönəlib. Belarus qoşunları bizim istiqamətimizə doğru irəliləyir. Ona görə də biz bu amili nəzərdən qaçırmamalı və Belarus ordusunu qarşılamağa hazır olmalıyıq”, – deyə ekspert vurğulayıb.

Qeyd olunur ki, Putin İzyum yaxınlığındakı qoşunlarının gücü tükəndikdə əməliyyat fasiləsini doldurmaq üçün Belarusdan istifadə edə bilər.(KONKRET.az)



Xəbəri paylaş

1243 dəfə oxunub.

Digər xəbərlər