Saytımızı qiymətləndirin


 
 

Makron İlham Əliyevə məktub yazdı
Tarix: 03-06-2021 | Saat: 11:56
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

   
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Fransa Respublikasının Prezidenti Emmanuel Makronun görüşü olub.

 

Fransa Prezidenti Emmanuel Makron 28 may - Respublika Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu yazıb. 

Qarabaginfo.az xəbər verir ki, məktubda deyilir:

“Azərbaycanın milli bayramı münasibətilə Sizə və eləcə də bütün Azərbaycan xalqına ən səmimi təbriklərimi, sülh, firavanlıq və tərəqqi arzularımı ünvanlayıram.

Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının otuzuncu ildönümü yaxınlaşdıqca möhkəm və uzun müddət davam edən ikitərəfli münasibətlərimiz xeyli gücləndi. Cari il yanvarın 14-də son telefon danışığımız zamanı ikitərəfli münasibətlərimizə yeni bir nəfəs vermək istədik. Məhz eyni açıqlıq və səmimi ruhda cari il yanvarın 25-də Bakıya səfər etmiş Dövlət katibi Jan-Batist Lömuanı qəbul etdiniz.

İkitərəfli münasibətlərimizin keyfiyyətinə şəxsi bağlılığınızı bilirəm. Sizinlə bunu bölüşür və arzu edirəm ki, birlikdə, xüsusən iqtisadiyyat, mədəniyyət və təhsil sahələrində böyük inkişaf potensialından istifadə edə bilək. Azərbaycan-Fransız Universitetinin timsalında və ya son dövrlərdə müsbət inkişaf əldə edən Fransa İnkişaf Agentliyi ilə ikitərəfli layihələrimiz dostluğumuzu gündəlik möhkəmləndirməyə və gələcəyə inamla baxmağa imkan verən nailiyyətlərdir. Biz bu ambisiyanı davam etdirməliyik.

Sonda Sizi əmin edirəm ki, Fransa himayəsi altında yüksək səviyyəli bir dialoq qurmaq üçün Minsk qrupunun həmsədri kimi bütün öhdəliklərini davam etdirəcək və ölkənizlə Ermənistan arasında ədalətli, davamlı sülh və ortaq rifah mənbəyi əldə edilə bilər.

Cənab Prezident, Sizə olan yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”. (Azərtac)



Xəbəri paylaş

1322 dəfə oxunub.

Digər xəbərlər