Saytımızı qiymətləndirin


 
 

Vətən müharibəsində 200-ə yaxın hərbçi aşağı və yuxarı ətraflarını itirib
Tarix: 09-02-2022 | Saat: 19:11
Bölmə:Karusel / Gündəm | çapa göndər

Vətən müharibəsində 200-ə yaxın hərbçi aşağı və yuxarı ətraflarını itirib

BMT, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), UNİCEF, Avropa Əlillər Forumu, Beynəlxalq Əlillər Alyansı və digər beynəlxalq təşkilatların dəstəyi ilə onlayn formatda “Avropa Regional Əlillik” sammiti keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qarabaginfo.az-a verilən xəbərə görə, Azərbaycanda son illər əlillik və reabilitasiya sahəsində mühüm islahatlar aparıldığı nəzərə alınaraq ölkəmizin bu sahədə uğurlu təcrübəsini bölüşməsi də sammitin gündəliyinə salınıb.

 

Sammitdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov bildirib ki, son 3 ildə 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra müasir avadanlıqlarla təchiz olunmuş şəkildə istifadəyə verilib, yeni mərkəzlər açılıb və ölkədə reabilitasiya mərkəzləri şəbəkəsinin genişləndirilməsi işləri davam edir:

“Dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin siyahısına ötən il 23 yeni növ də daxil edilib və reabilitasiya vasitələri növlərinin ümumi sayı artıq 57-yə çatıb”.

A. Bayramov deyib ki, 2020-ci ildə tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsində 200-ə yaxın hərbçinin aşağı və yuxarı ətraflarını itirdiyi bildirib, onların yüksək texnologiyalı protezlərlə təmin olunduğunu qeyd edib:

"Həmin müharibə və Ermənistanın əvvəllər işğalda saxladığı ərazilərin mina xəritələrini tam və vaxtında açıqlamaqdan qəti şəkildə imtina etməsinin həm mülki şəxslər, həm də hərbi qulluqçular arasında əlilliyi olanların sayının artmasına səbəb olduğu qeyd edilib. Bunun da öz növbəsində yüksək texnologiyalı protezlərə və digər reabilitasiya vasitələrinə ehtiyacı əhəmiyyətli dərəcədə artırdığı bildirilib" - o əlavə edib.



Xəbəri paylaş

1228 dəfə oxunub.

Digər xəbərlər