Saytımızı qiymətləndirin


 
 

Peskov Rusiyanın Ukrayna ilə bağlı məqsədini AÇIQLADI
Tarix: 05-03-2022 | Saat: 12:38
Bölmə:Karusel / Siyasət | çapa göndər

Rusiya Ukraynanı hissələrə bölmək məqsədi güdmür, ancaq öz təhlükəsizliyini təmin etməyə çalışır.

Qarabaqinfo.az xəbər verir ki, bunu “Sky News Arabia” telekanalına müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov deyib ki, 2014-cü ildəki dövlət çevrilişindən sonra Ukrayna nasist ideologiyasının təsiri altına düşüb.
“Biz onu bu ideologiyadan azad etmək istəyirik. Bundan əlavə, Ukraynada NATO infrastrukturunun mövcudluğu artıb ki, bu da Rusiyanın təhlükəsizliyini təhdid edir. Biz Ukrayna ərazisini hissələrə bölmək məqsədi güdmürük, lakin öz təhlükəsizliyimizin təminatlarını təmin etməyə çalışırıq”, - Kremlin sözçüsü bildirib.

Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin nəzarətinə keçən Zaporojye AES-in blokları zədələnməyib və stansiya adi qaydada fəaliyyətini davam etdirir.

 

“Zaporojye AES vurulmayıb və zədələnməyib. Onun ətrafında baş verənlər Rusiya Silahlı Qüvvələrinə hücum edən ukraynalı millətçilərin və ekstremistlərin təxribatıdır”, - Kremlin sözçüsü izah edib.

 

Peskov Rusiyanın Ukrayna ilə danışıqların üçüncü raundunu gözlədiyini və Kiyevin Moskvanın tələblərinə qulaq asacağına ümid etdiyini də vurğulayıb.

"Biz Belarusda Ukrayna hakimiyyəti ilə davam edən danışıqların üçüncü raundunu gözləyirik. Və ümid edirik ki, Ukrayna Rusiyanın mövqeyini və narahatlığını dinləyəcək, xüsusən də bu, hərbi əməliyyatı dayandırmaq üçün zəruridir", - Peskov bildirib.

Qərb ölkələrinin Rusiya tərəfinin hərəkətlərinə reaksiyasını şərh edən Peskov qeyd edib ki, Moskva buna hazırdır, çünki uzun müddətdir ki, bu cür davranışlarla, o cümlədən sanksiyalarla üzləşir.

Eyni zamanda, onun sözlərinə görə, Rusiya həmişə NATO ölkələri ilə mövcud ziddiyyətlərin diplomatik yolla həllinin, xüsusən də Şimali Atlantika Alyansının şərqə doğru genişlənməməsinə təminat verilməsinin tərəfdarı olub



Xəbəri paylaş

1300 dəfə oxunub.

Digər xəbərlər