Ana Sayfa > Karusel / Siyasət > Peskov Rusiyanın Ukrayna ilə bağlı məqsədini AÇIQLADI
Peskov Rusiyanın Ukrayna ilə bağlı məqsədini AÇIQLADI5-03-2022, 12:38. Yazar: Admin |
Rusiya Ukraynanı hissələrə bölmək məqsədi güdmür, ancaq öz təhlükəsizliyini təmin etməyə çalışır. Peskov deyib ki, 2014-cü ildəki dövlət çevrilişindən sonra Ukrayna nasist ideologiyasının təsiri altına düşüb. Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin nəzarətinə keçən Zaporojye AES-in blokları zədələnməyib və stansiya adi qaydada fəaliyyətini davam etdirir.
“Zaporojye AES vurulmayıb və zədələnməyib. Onun ətrafında baş verənlər Rusiya Silahlı Qüvvələrinə hücum edən ukraynalı millətçilərin və ekstremistlərin təxribatıdır”, - Kremlin sözçüsü izah edib.
Peskov Rusiyanın Ukrayna ilə danışıqların üçüncü raundunu gözlədiyini və Kiyevin Moskvanın tələblərinə qulaq asacağına ümid etdiyini də vurğulayıb. Qərb ölkələrinin Rusiya tərəfinin hərəkətlərinə reaksiyasını şərh edən Peskov qeyd edib ki, Moskva buna hazırdır, çünki uzun müddətdir ki, bu cür davranışlarla, o cümlədən sanksiyalarla üzləşir. Eyni zamanda, onun sözlərinə görə, Rusiya həmişə NATO ölkələri ilə mövcud ziddiyyətlərin diplomatik yolla həllinin, xüsusən də Şimali Atlantika Alyansının şərqə doğru genişlənməməsinə təminat verilməsinin tərəfdarı olub Geri dön |