Seçicilərimizin sayı 6 milyondan artıqdır. Onlar 6537 məntəqədə səs verəcəklər. Bütün məntəqələr lazımi avadanlıqlarla təchiz olunub. Seçicilərimizin rahat şəkildə səs vermələri üçün bütün şəraiti yaratmışıq.
Qarabaginfo.az xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Yousef Aldobeay ilə görüşündə söyləyib.
MSK sədri ümumilikdə 90 mindən çox müşahidəçinin qeydiyyatdan keçdiyini deyib. O, hər məntəqəyə 13-14 nəfər müşahidəçinin düşdüyünü də diqqətə çatdırıb.
Məzahir Pənahov, həmçinin, deyib ki, Azərbaycanda keçirilən seçkilərdə bir çox beynəlxalq təsisatlar, o cümlədən ATƏT təmsil olunur.