ABŞ Dövlət Departamenti Yaxın Şərqdə vəziyyətin növbəti dəfə gərginləşməsi fonunda Livandakı vətəndaşlarına respublika ərazisini tərk etməyi tövsiyə edib.
Bu barədə ABŞ dövlət katibinin konsulluq məsələləri üzrə köməkçisi Rena Bitterin bəyanatında deyilir.
“ABŞ vətəndaşlarına böhran başlamazdan əvvəl fövqəladə hallar planı hazırlamağı və Livanı tərk etməyi tövsiyə edirik” , – Bitter bildirib.
Xatırladaq ki, iyulun 27-də axşam saatlarında İsrail ordusu Livandan ölkənin şimalını növbəti dəfə kütləvi atəşə tutduğunu bildirib. Raketlərdən birinin Məcdəl Şəms kəndindəki futbol meydançasında partlaması nəticəsində 12 uşaq həlak olub, 40-a yaxın insan yaralanıb. İsrail hakimiyyəti insidentə görə Livan və “Hizbullah” hərəkatını günahlandıraraq, sərt cavab verəcəyini vəd edib(apa).