Tarix: 12-06-2020 | Saat: 12:33
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Baş verən iqlim dəyişmələrinin təzahürlərindən biri də yay aylarında güclü isti günlərin sayının artmasıdır”.
Qarabaginfo.az-ın xəbərinə görə, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
Xidmət rəisi əlavə edib ki, sinoptiklərin xəbərdarlığına görə, iyunun 13-14-də Abşeron yarımadası və Bakı şəhərində havanın temperaturunun 40 dərəcəyədək, aran bölgədə isə 42 dərəcəyədək yüksələcəyi gözlənilir.
“Belə temperatur şəraiti nəinki meteohəssas insanlar, hətta bütün əhali üçün çox əlverişsizdir.
Gündüz saatlarında günvurma və istivurma təhlükəsi bu riski bir qədər də artırır. Lakin müəyyən tədbirlər görməklə güclü istilərin mənfi təsirlərindən qorunmaq mümkündür.
Məsələ, vacib olmadığı halda günəş şüalarının daha aktiv olduğu saat 11-dən 17-dək küçəyə çıxmamaq. Əgər küçəyə çıxmaq məcburiyyətindəsinizsə baş örtüyündən və ya çətirdən istifadə edin, kölgəli yerlərdə olmağa çalışın, özünüzlə su götürün və s.”, - deyə o bildirib.
Digər xəbərlər