Tarix: 05-10-2018 | Saat: 15:48
Bölmə:Karusel / Siyasət | çapa göndər
Xəbər verdiyimiz ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə yeni rəhbər təyin edilib. Belə ki, bu vəzifə Leyla Yaşar qızı Abdullayevaya həvalə olunub.
"Qarabaginfo" xəbər verir ki, XİN-dən “Qafqazinfo.az” saytının sorğusuna cavab olaraq, bildirilib ki, Leyla Abdullayeva 1981-ci ildə Bakıda anadan olub. Orta təhsilini Bakıda alıb və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münsibətlər fakültəsində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və magist pillələrində təhsil alıb.
2002-ci ildən etibarən Xarici İşlər Nazirliyində çalışır. Nazirlikdə çalışdığı müddətdə regional təhlükəsizlik, ölkəmizin regional təşkilatlarda iştirakı, xüsusilə də bu təşkilatlarla siyasi və təhlükəsizlik sahəsində əməkdaşlıq münasibətlərinə məsul olub. Azərbaycan Respublikasının NATO yanındakı Nümayəndəliyində və Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyində diplomatik fəaliyyət göstərib. XİN-də bundan öncə Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyində (AİDA) direktor müavini vəzifəsində çalışıb.
Ailəlidir, iki övladı var.
“XİN-də və xaricdəki diplomatik nümayəndəliklərimizdəki fəaliyyəti barədə” suala gəlincə, mətbuat xidmətinin yeni rəhbəri bildirib ki, mövcud mürəkkəb geo-strateji mühitdə dövlət başçısının rəhbərliyi altında ölkəmizin həyata keçirdiyi, milli maraqlarımıza əsaslanan çoxşaxəli xarici siyasət məqsədlərinə nail olunması hər bir diplomatmızın borcudur və bir diplomat olaraq, Xarici İşlər Nazirliyində, eləcə də ölkəmizin xaricdəki diplomatik nümayəndəliklərində çalışdığım zaman bu vəzifənin layiqincə yerinə yetirilməsinə çalışmışam.
Digər xəbərlər