Saytımızı qiymətləndirin


 
 

Özdağdan Kılıçdaroğluya dəstək ANONSU
Tarix: 23-05-2023 | Saat: 14:48
Bölmə:Karusel / Siyasət | çapa göndər

Özdağdan Kılıçdaroğluya dəstək ANONSU

 

Türkiyədə dağılmış "ATA İttifaqı"na daxil olmuş Zəfər Partiyasının sədri Ümit Özdağın bu gün ikinci turda hansı namizədi dəstəkləməsi barədə açıqlama verməsi gözlənilirdi.

 

Qarabaginfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, konkret açıqlamanı sabaha saxlayıb.

 

Lakin Özdağ "Millət İttifaqı"nın vahid namizədi, CHP sədri Kemal Kılıçdaroğlunu dəstəkləyəcəyinin anonsunu verib.

 

"Proses hələ nəticələnmədiyi üçün bu axşam Kılıçdaroğlu ilə bir toplantı da keçirəcəyik. İmzalanacaq protokolla bağlı müzakirələr hələ yekunlaşmayıb. Müsbət davam edən prosesin son mərhələdə də müsbət şəkildə sonlanacağını düşünürəm. Bacara bilsək, sabah saat 11:00-da Kılıçdaroğlu ilə açıqlama verəcəyik", - deyə siyasətçi bildirib.

 

"ATA İttifaqı" dağılıb. Bundan əvvəl ittifaqa daxil olan Ədalət Partiyası ittifaqı tərk edib və "Millət İttifaqı"nın namizədi Kemal Kılıçdaroğluna dəstəyini elan edib. O, üstüörtülü şəkildə ittifaqdakı digər qüvvələri müxalifət əleyhinə addımlarda ittiham edib.

 

İttifaqın namizədi olmuş Sinan Oğan isə hazırkı prezident Rəcəb Tayyib Ərdoğana dəstəyini elan edib.

 

Bəzi kulis məlumatlarına görə, Özdağ və Oğan əvvəlcədən razılaşdırılmış şəkildə fərqli namizədləri dəstəkləyəcəklər ki, kim qalib gəlsə, hakimiyyətdən pay ala bilsinlər.(Modern.az) 



Xəbəri paylaş

170 dəfə oxunub.

Digər xəbərlər