Tarix: 02-12-2024 | Saat: 23:44
Bölmə:Karusel / Dünya | çapa göndər
Ukrayna Qərb müttəfiqlərinə 2025-ci ildə hərbi əməliyyatları davam etdirmək üçün ən azı 120 milyard dollara ehtiyacı olduğunu bildirib.
Qarabaginfo.az xəbər verir ki, NATO-dakı hərbi mənbənin ANSA-ya verdiyi məlumata görə, bu, alyansın Vaşinqtonda keçirilən sammitində razılaşdırılan 40 milyard dollardan xeyli çoxdur.
Onun sözlərinə görə bu məsələ çərşənbə axşamı Brüsseldə Ukrayna xarici işlər nazirinin iştirakı ilə keçiriləcək Ukrayna-NATO Şurasının növbəti iclasında qaldırıla bilər.
NATO-dakı mənbə onu da qeyd edib ki, Kiyevin “Yeddilik Qrupu” ölkələrinin dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirdən ayırmağa razılaşdığı 50 milyard dolları nəzərə alıb-almadığı hələlik bəlli deyil.
O həmçinin bildirib ki, Ukraynaya qoşun yeritmək məsələsi NATO çərçivəsində müzakirə olunmur. Lakin o hansının olduğunu dəqiqləşdirmədən bəzi Avropa paytaxtlarında bu barədə düşünüldüyünü deyib.
Digər xəbərlər