Saytımızı qiymətləndirin


 
 

Azərbaycan əsirləri verib əvəzində Ermənistandan nə alacaq? - Mühüm açıqlama
Tarix: 25-11-2021 | Saat: 13:49
Bölmə:Karusel / Region | çapa göndər

Azərbaycan əsirləri verib əvəzində Ermənistandan nə alacaq? - Mühüm açıqlama

Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 16 da sərhəddə baş verən əməliyyatlar zamanı 32 erməni hərbiçisinin Azərbaycan tərəfinə əsir düşdüyünü bildirib. Sabah Soçidə baş tutacaq görüşdə əsirlərin qaytarılması ilə bağlı məsələnin də müzakirə olunacağı gözlənilir. Azərbaycan hərbi əməliyyatlar zamanı əsir düşən erməniləri nəyin müqabilində qaytara bilər? Ermənilər öz əsirlərini almaq üçün Azərbaycanın hansı şərtlərini qəbul etməlidirlər?

Qarabaginfo.az xəbər verir ki, mövzu ilə bağlı yenisabah.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında Soçidə keçiriləcək görüşdə prioritet olaraq kommunikasiyaların açılması, delimitasiya və demarkasiya məslələri üzrə danışıqlar aparılacağı gözlənilir.

“Eyni zamanda, daha əvvəl imzalanan 10 noyabr və 11 yanvar bəyanatlarının icrası müzakirə olunacaq”, - deyə ekspert əlavə edib

Onun sözlərinə görə, əsirlərin qaytarılması məsələsi diqqətlə saxlanılacaq bir mövzudur:

“Çünki keçən səfər əsirləri xəritə müqabilində onlar təhvil verilmişdi. Təbii ki, Azərbaycan bu dəfə əsirləri Ermənistana hədiyyə kimi verməyəcək. Bunun müqabilində Ermənistan bəlli şərtləri qəbul etməlidir. 

Prioritetlər arasında, həmçinin, minalı ərazilərin dəqiq xəritələrin təqdim olunması var. Daha sonra onları yoxlanılmalı, dəqiq olduğu qənaətinə gəldikdən sonra əsirlərin qaytarılması və ya digər razılaşmaların həyata keçirilməsi məsələsi müzakirə edilə bilər.

Düşünürəm ki, minalanmış ərazilərin rahat şəkildə təmizlənməsi üçün o xəritələrə ehtiyac var. 

Ümumən üçtərəfli görüşdə bu məsələlərin obyektiv baxılacağı və Azərbaycanın xeyrinə olacaq qərarların qəbul ediləcəyi ilə bitəcəyi şübhəsizdir”.



Xəbəri paylaş

1318 dəfə oxunub.

Digər xəbərlər