Saytımızı qiymətləndirin


 
 

Bayden prezident kimi son aylarında hansı problemlərin həllinə köklənəcək?
Tarix: 25-07-2024 | Saat: 20:40
Bölmə:Karusel / Dünya | çapa göndər

ABŞ prezidenti Co Bayden vəzifəsində qalan aylarını Ukraynaya kömək etməyə, Yaxın Şərq münaqişəsinin həllinə və Hind-Sakit okean regionunda ABŞ-ın mövqelərini gücləndirməyə yönəldəcək.

Azpost.info xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Braunla birgə mətbuat konfransında deyib.

“Prezident indi diqqətini qarşıda duran işlərə, xüsusilə də Qəzzada müharibənin dayandırılmasına, Ukraynanın uzunmüddətli imkanlarının gücləndirilməsinə və Hind-Sakit okean regionunda mövqelərimizin möhkəmləndirilməsinə yönəldib”, – Ostin bildirib.

 



Xəbəri paylaş

67 dəfə oxunub.

Digər xəbərlər