"Zirə" "Sabah"ı məğlub edərək yenidən 3-cü pilləyə yüksəlib
Tarix: 20-02-2022 | Saat: 18:54
Bölmə:Karusel / Gündəm | çapa göndər
1333 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 20-02-2022 | Saat: 18:54
Bölmə:Karusel / Gündəm | çapa göndər

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib.
Qarabaginfo.az-ın məlumatına görə, günün yeganə matçında "Zirə" "Sabah"ı qəbul edib.
Zirə İdman Kompleksinin stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. "Qartallar"ın heyətində hər iki qolu Hamidu Keyta vurub. Fransalı hücumçu 63-cü və əsas vaxta əlavə olunmuş 3-cü dəqiqədə fərqlənib.
Bu nəticədən sonra xallarını 28-ə çatdıran "Zirə" yenidən 3-cü pilləyə yüksəlib. 20 xalı olan "Sabah" isə 5-ci sırada qalıb.
Qeyd edək ki, XVI turun əvvəlki matçlarında "Qəbələ" evdə "Səbail'i 2:0, "Neftçi" isə "Keşlə"ni 3:1 hesabı ilə yenib. Turun “Qarabağ” – “Sumqayıt” görüşü mayın 12-nə təxirə salınıb.
Xəbəri paylaş
Digər xəbərlər
11-06-2022, 17:58
Bakıda körpünün enişində qəza olub, sıxlıq yaranıb
22-07-2022, 21:34
Türkmənistan neftinin BTC ilə nəqli artıb
14-05-2024, 20:07
Bakı Təşəbbüs Qrupu Fransanın Yeni Kaledoniyada həyata keçirdiyi son həbslərlə bağlı bəyanat yayıb
19-11-2021, 13:06
“Azərbaycan 2023-cü ilə qədər bunları etməlidir, əks halda Putin...” – İLGİNC AÇIQLAMA
16-02-2024, 11:32
Bu şəxslərin pensiyaları ARTIRILDI
6-09-2021, 15:58
Açıq havada maska taxmaq məcburi olacaq? - DİN-dən cavab














