"Azərbaycan Laçın dəhlizindən keçən nəinki hər avtomobili, hər şəxsi belə, görə bilir...”
Tarix: 05-07-2021 | Saat: 23:29
Bölmə:Karusel / Müsahibə | çapa göndər
1397 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 05-07-2021 | Saat: 23:29
Bölmə:Karusel / Müsahibə | çapa göndər
“İnşallah, növbədə Kəlbəcər və Laçının mina xəritələridir. Onlar da tezliklə alınacaq...”
“Ermənistandan mina xəritələri erməni hərbçilərin azad olunması hesabına alınmır...”
***
Bir sıra siyasi şərhçilərdən fərqli olaraq, problemlərə öz qeyri-standart və faktlarla zəngin yanaşmalarıyla seçilən tanınmış araşdırmaçı jurnalist Elçin Alıoğlu Moderator.az əməkdaşıyla söhbətində ötən həftənin bir sıra mühüm olayları, o cümlədən Füzuli və Zəngilan rayonlarının mina xəritələrinin verilməsi, Lavrov Çavuşoğlu görüşü, Putinlə Makron arasındakı telefon danışığında Qarabağ məsələsi, Zəngəzur dəhlizinin açılması və s. haqda danışıb, Laçın dəhlizinin və Yuxarı Qarabağın Azərbaycanın nəzarətində olmayan hissəsinin gələcək taleyi barədə diqqətəlayiq proqnozlarını verib.
- Elçin bəy, telekanallarda, elektron media və qəzetlərdə çıxış edən siyasi şərhçilərin, demək olar ki, hamısı Ermənistanın həm ötən dəfə Ağdam rayonunun, həm də bu dəfə Füzuli və Zəngilan rayonlarının mina xəritələrini Azərbaycan tərəfinin azad etdiyi erməni diversantların əvəzində verildiyini diqqətə çatdırırlar. Yalnız siz öz şərhlərinizdə vurğulayırsınız ki, mina xəritələrinin verilməsinin erməni diversantların buraxılmasıyla heç bir əlaqəsi yoxdur. Bunu hansı əsasla deyirsiniz?
- Bəli, Azərbaycan mediası şərhçilərə istinadla mina xəritələrinin verilməsini diversantların azad olunmasının qarşılığı kimi təqdim edir. Bu da qeyri-peşəkarlıqdır. Bir daha deyirəm ki, mina xəritələri heç br halda mübadilə mövzusu deyil. Yəni Ermənistandan mina xəritələri erməni hərbçilərin azad olunması hesabına alınmır... Biz müharibədən sonra ərazimizdə tutulmuş erməni diversantlarının məhkəmədə ibtidai istintaq zamanı günahlarının olub-olmamasını araşdırırıq. Bu şəxslərin bir qisminin günahının olmadığı, bilavasitə diversiya, terror, yanğın aktlarında, Azərbaycan hərbçiləri və mülki vətəndaşlarının güllələlənərək qətlə yeirilməsində iştirak etmədikləri sübuta yetirilib və onlar da Ermənistana təhvil veirlib. Bu, bir humanist addımdır. Biz Ermənistanla insan talelərinə əsaslanmış alver aparmırıq. Bu, bizim siyasətimizə ziddir. Biz erməni deyilik. Sadəcə, Ermənistan bu jestin müqabilində mina xəritələrini sülhməramlı kontingentin komandanı Rüstəm Muradovun vasitəçiliyi ilə bizə təqdim edir. Vəssəlam...
- Məsələ ondadır ki, axı hər iki proses eyni vaxtda, eyni gündə baş verir?
- Proses təbii ki, üst-üstə düşür. Çünki bu üçtərəfli bəyanatdan irəli gələn məsələdir. Prsoseslərin üst-üstə düşməsində qəribə heç nə yoxdur. Əksinə, hər şey məntiqlə baş verir. Biz xoşməramlı jest kimi əsirləri azad edirik. 10 Noyabr bəyanatında göstərilib ki, mina xəritələri verilməlidir. Burada artıq müzakirəyə ehtiyac yoxdur. Odur ki, ermənilər də xəritələri verirlər...
- Sizcə, mina xəritələrinin verilməsi prosesi bundan sonra da davamlı olacaqmı?
- İnşallah, növbədə Kəlbəcər və Laçının mina xəritələridir. Onlar da tezliklə alınacaq. Ümumiyyətlə, yaxın ay yarım ərzində işğaldan azad edilmiş bütün ərazilərin mina xəritələrinin alınma prosesi başa çatmalıdır. Ondan başqa Ermənistanın işğalı altında qalan Qazaxın 7 kəndi tam boşaldılıb. Və yaxın müddətdə onlar da Azərbaycana təhvil veriləcək...
- Ötən həftənin sonunda diqqət çəkən siyasi olaylardan biri də iyulun 2-də Rusiya prezidenti Vladimir Putinlə fransız həmkarı Emmanuel Makron arasında telefon danışığı oldu. Rusiya prezidenti hərbi əməliyyatlardan əziyyət çəkmiş rayonların əhalisinin humanitar problemlərinin həllində avropalı tərədaşların, xüsusilə də Fransanın daha sıx iştirakının zəruri olduğuna diqqət çəkdi. Eyni zamanda prezidentlər ATƏT-in Minsk qrupunun səyləri də daxil, münaqişələrin tənzimlənməsinin müxtəlif aspektlərini əlaqələndirməyə hazır olduqlarını ifadə etdilər... Bu, faktiki olaraq 44 günlük savaş boyu ermənipərəst mövqeyini açıq-aşkar sərgiləmiş Fransanın Putin tərəfindən Qarabağdakı ermənilərə həm maliyyə, həm də birbaşa ərzaq, geyim və s. yardım etməsinə dəvət anlamına gəlir.
Rusiya və Fransa liderlərinin son telefon danışığının Qarabağla bağlı hissəsinin açması nədir, sizcə?
- Məlumdur ki, hazırda 2020-ci il noyabrın 9-dan 10-a keçən gecə imzalanmış üçtərəfli bəyanat qüvvədədir və bu sənədi kimsə dəyişməyib. Həmin sənəd imzalanandan sonra Cənubi Qafqaz bölgəsində faktiki olaraq iki aktiv oyunçu var: biri Rusiya, digəri isə Türkiyədir. Və Rusiya Fransa ilə bahəm ATƏT-in həmsədr ölkələrindən biri olduğuna görə, təbii ki, Putin Makronu bu prosesə müəyyən mənada hər hansı bir formada cəlb etmək niyyətindədir. Lakin düşünmürəm ki, ATƏT-in Minsk Qrupunun fəaliyyəti əvvəlki formatda, yəni ABŞ-Rusiya-Fransa formatında bərpa olunsun. Əslində Rusiyanın özü də bunda maraqlı deyil. Çünki Azərbaycan-Ermənistan münaqişəsinin həll edilməsində Rusiya vasitəçi və moderator rolunu oynayır və həmin rolu heç vaxt könüllü olaraq Fransaya verən deyil.
Eyni zamanda Putinlə Makron arasındakı danışıqlar Cənubi Qafqazda Türkiyənin güclənməsinə imkan verməmək məqsədi güdür. Və bunun üçün də bəlli addımlar atılır və bundan sonra da atılacaq. Çünki Rusiya geo-siyasi olaraq Cənubi Qafqazı tərk etmək niyyətində deyil. Tam əksinə, bu regionda təsir rıçaqlarını və hadisələrə bütün müdaxilə imkanlarının çeşidini və məzmununun daha da artırmaq və gücləndirmək niyyətindədir. Məhz bu səbəbdən Putin tərəfindən Makrona edilən təklif ilk baxışdan ekspozitiv təsir bağışlasa da, əslində çox ciddi məqamlardan xəbər verir...
- Tutaq ki, Fransanın humanitar yardım karvanı Ermənistandan Azərbaycanın rəsmən nəzarət edə bilmədiyi Laçın dəhlizinə yaxınlaşır və Rusiya hərbçiləri onu buraxır. Azərbaycan dövlətinin buna reaksiyası necə olacaq?
- Əvvəla, onu deyim ki, rəsmi Paris bundan sonra Qarabağ məsələsinə hər hansı bir formada siyasi müdaxilə edə bilməz. Vətən müharibəsi günlərində Fransa hakimiyyəti, o cümlədən icraedici və qanunverci hakimiyyət Qarabağ münaqişəsi ilə bağlı mövqelərini açıq şəkildə nümayiş etdirdilər. Və bəlli oldu ki, bu, aşkar ermənipərəst mövqedir. Və azərbaycan heç bir vaxt imkan verməyəcək ki, Fransa bundan sonra da qərəzli, subyektiv və tərəfli mövqeyi ilə bu münaqişənin hər hansı formada nizamlanmasında əvvəlki kimi iştirak etsin. Çünki Fransa artıq tərəf tutub və subyektiv, qərəzli olduğunu isbatlayıb. Bu, öz yerində... İkincisi isə, Fransa istədiyi qədər ermənilərə humanitar yardım edə bilər. Bu ölkə Qarabağdakı ermənilərə ərzaq dolu hətta bir yox, 100 ağır tonnajlı maşın göndərə bilər. Bu, heç nəyi dəyişməyəcək və dəyişə də bilməz. Sadəcə, Fransanın tərəf tutmaqda məqsədi bəllidir. Fransa prezienti Makron son praymerizlərdə uduzub və o, Fransada yaşayan 513 min erməninin səslərini almaqda maraqlıdır. Məhz bu səbəbdən də Makron aşkar ermənipərəst siyasət yürüdür və ermənilərdən daxili siyasətdə bir vasitə, marionet, bir kukla kimi istifadə edir. Yəni Fransanın və konkret Emmanuel Makronun heç vaxt Ermənistana sevgisi olmayıb. Sadəcə, ermənilər həmişə, tarixboyu olduğu kimi, alət olaraq istifadə edilir, onlara vədlər verirlər və sonra da aldadılırlar. Şübhəm yoxdur ki, bu dəfə də Fransa Ermənistanı aldadacaq. Çünki dünyadakı böyük güclərin hər biri geo-siyasi anlamda bu və ya digər məqamlardan yararlanaraq öz maraqlarını təmin edirlər. Çin iqtisadi gücdən istifadə edir, ABŞ demokratiya adı ilə, pərdəsi ilə dünyanın müxtəlif ölkələrində öz maraqlarını təmin edir. Fransa isə mədəniyyət ekspansiyası adı altında Afrikada, Cənubi Amerikada, Yaxın Şərqdə geo-siyasi istilalarını həyata keçirmək niyyətindədir. O cümlədən də Cənubi Qafqazda... Bu ölkə frankofoniya çərçivəsində Ermənistanda da fəal işləməyə çalışır. Yəni Fransanın da məqsədi Qafqazda möhkəmlənmək, bu regiondan siyasi, hərbi, iqtisadi və digər dividentlər əldə etməkdir...
Odur ki, Laçın dəhlizindən humanitar yardım karvanının buraxılmasında qeyri-adi və anormal olan heç nə yoxdur. Dediyim kimi, fransızlar istədikləri qədər humanitar yardım daşısınlar. Amma 10 Noyabr razılaşmasına görə, Rusiya sülhməramlıları Laçın dəhlizinə tam nəzarət etməlidirlər. Bu, nə deməkdir. Əgər Fransanın həmin humanitar yardım adı altında Qarabağ ermənilərinə silah-sursat, yaxud hərbi ammunisiya, hərbi geyimlər, zirehli gödəkçələr, dəbilqələr və s. göndərməsi aşkarlanrsa, o yardımlar mütləq və dərhal dayandırılacaq və geri qaytarılacaq. Ən yaxşı halda belə olacaq. Hazırda Rusiya sülhməramlıları Laçın dəhlizində hərbçilərin, hərbi geyimdə olan adamların, xüsusilə silah və texnikanın Azərbaycan ərazisinə keçməsinə imkan vermirlər. Bunu mən tam əminliklə, canlı şahid kimi deyirəm...
Bir sözlə, Fransa istəsə, Qarabağa humanitar yardım göndərə bilər. Amma o da var ki, Qarabağ erməniləri nə vaxta qədər humanitar yardımla dolanacaqlar? Məlumdur ki, II Qarabağ savaşı nəticəsində Qarabağdakı ermənilər əkin və otlaq yerlərinin 84 faizini, içməli su mənbələrinin 91 faizini, elektrik enerji istehsalı və təminatı vasitələrinin 91 faizini, dağ-mədən, faydalı qazıntı yataqlarının 98 faizini , meyvə bağları, tərəvəz bostanlarının və s. 83 faizini, daimi gəlir yeri kimi sayıla biləcək kiçik və orta aqrar emalı və sənayə müəssisələrinin 79 faizini və s. itiriblər. Fransızlar, ruslar, həbəşlər, nə bilim, avstraliyalılar hər gün 12 yük maşını ilə pul daşısalar belə, Qarabağ erməniləri bunu hara xərcləyəcəklər. İş yerləri yox, sənaye istehsalı yox, heç nə yoxdur... Sadəcə, orada bu saat olan 13 min 416 nəfər Qarabağ ermənisi var ki, onlar da köç ərəfəsindədirlər.
- Siz deyirsiz ki, Rusiya sülhməramlıları Laçın dəhlizindən hərbçilərin, hərbi geyimdə olan adamların, xüsusilə, silah və texnikanın Azərbaycan ərazisinə keçməsinə imkan vermirlər. Axı bu günlərdə Bakıdakı məhkəmədə erməni diversantlardan biri etiraf etdi ki, onlar Ermənistandan gələndə Laçın dəhlizindəki rus hərbçilər onların yoxlanılmadan Azərbaycan torpaqlarına keçməsinə şərait yaradıb?..
- Bəli, o vaxt həmin terrorçular Rusiya hərbçiləri tərəfindən buraxılmışdılar. Bundan sonra Azərbaycan tərəfi Rusiya sülhməramlılarına çox ciddi xəbərdarlıq etdi və bu məsələ müzakirə olundu. Eyni zamanda Rusiya sülhməramlılarının hazırda operativ fəaliyyət nəzarətində olan ərazilərdə Qarabağdakı separatçı-terrorçu rejimin silahlı birləşmələrinin müəyyən qismi qalıb. Onların da əlində yüngül və orta çaplı atıcı silahlar, minaatanlar, toplar var. Və təbii ki, ermənilər terrorçuluq və diversiya fəaliyyəti üçün həmin arsenaldan istifadə edə bilərlər və edəcəklər. Bunun qarşısı alınmalıdır. Və biz bu məsələni qaldırmalıyıq ki, Qarabağdakı terrorçu rejim bütünlüklə tərksilah olunmalıdır. Orada heç bir ağır texnika qalmamalıdır. Orada yalnız və yalnız milis dəstələri qala bilər. Qarabağlı ermənilər atıcı silahlarla asayişi qorumaq üçün milis funksiyalarını yerinə yetirə bilərlər. O vaxta qədər ki, Azərbaycanın yurisdiksiyası bərpa olunacaq və həmin iş dövlətimizin müvafiq qurumlarına həvalə ediləcək...
- Sizin sözlərinizdən həm də belə nəticəyə gəlmək olur ki, Azərbaycanın hazırda Laçın dəhlizinə hər hansı açıq və ya gizli nəzarət mexanizmi mövcuddur...
- Biz hazırda Laçın dəhlizinə həm açıq, həm də digər formalarda nəzarəti həyata keçiririk... Bu nəzarət müxtəlif formalarda olur. Laçın dəhlizi bizim üçün şəffafdır. Laçın dəhlizi Azərbaycan üçün “qara dəlik” deyil. Biz oradan keçən hər avtomobili və nəinki hər avtomobili, hər şəxsi belə, görə bilirik... Sadəcə, bunu deyə bilərəm....
- Son vaxtlar bir sıra siyasətşünaslar, o cümlədən ictimaiyyət nümayəndələri vurğulayırlar ki, Zəngəzur dəhlizi dünya gücləri üçün çox əhəmiyyətlidir. Bu halda belə çıxmırmı ki, Laçın dəhlizinin kimin nəzarətində olması həmin super güclər üçün prinsipial əhəmiyyət daşımır?
- Təəssüf ki, bizim media Laçın dəhlizi ilə Zəngəzur dəhlizini müqayisə edərək bilməyərəkdən ermənilərə sərf edən fikirlər yayımlayır. Birdəfəlik bilmək lazımdır ki, Laçın dəhlizi ilə Zəngəzur dəhlizi aynalı inikas, yəni bərabərhüquqlu deyil. Laçın dəhlizinin açılması sırf humanitar məqsədlər üçündür. Və bu da müvəqqəti xarakter daşıyır. Çünki yaxın bir neçə il ərzində Laçın şəhərinin yanından ötməklə Laçın dəhlizi üçün ayrıca yol çəkiləcək. Yəni həmin yol artıq Laçın şəhərindən keçməyəcək. Zəngəzur dəhlizi isə Vətən müharibəsi başa çatdıqdan sonra imzalanmış üçtərəfli bəyanatda dəqiq təsbit olunmuş şərt və tələbdir. Yəni Ermənistan istəsə də, istəməsə də, beynəlxalq qurumlar nə desələr də, bu dəhliz açılacaq. Bu, nə beynəlxalq qurumlardan, nə də Ermənistandan asılıdır. Çünki bu, bəyanatın şərtidir. Bu, hərbi əməliyyatların dayandırılmasının şərtlərindən biri olub. Əgər Ermənistan hakimiyyəti bu şərti icra etməzsə, icraedici mexanizmlərin fəaliyyətinə qarşı çıxarsa, Azərbaycan bəyanatda imzalanmış müddəanın həyata keçirilməsi üçün bütün gərəkli yollara əl atacaq. Bundan başqa, Zəngəzur dəhlizinin açılmasında Azərbaycandan daha çox Rusiya, Britaniya, ABŞ, Çin, Yaponiya və digər ölkələr maraqlıdır. Bu ölkələr hamısı bəyan ediblər ki, Zəngəzur dəhlizi açılmalı və nəqliyyat kommunikasiya xətləri bərpa olunmalıdır. Bu baxımdam Zəngəzur dəhlizi öz əhəmiyyətinə və yerinə görə Laçın dəhlizindən 100 dəfələrlə önəmlidir. Odur ki, heç bir halda Zəngəzur dəhlizi ilə Laçın dəhlizini üzbəüz qoymaq, eyniləşdirmək, onlar arasında paralel aparmaq yolverilməzdir. Və əslində bu, erməni təbliğatıdır. Bunu ilk dəfə deyirəm, ermənilər bununla bizi provakasiyaya çəkməyə çalışırlar. Onlar bunu bizim beynimizə yeridirlər. Bizim bəzi jurnalistlərimiz də bilmədən təkrarlayırlar ki, Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizi bağlanacaq. Halbuki, ermənilərin istədiyi də məhz budur. Biz Laçın dəhlizini bağlasaq, 10 Noyabr bəyanatının şərtlərini pozmuş olacağıq və həmin bəyanatın şərtlərinə əməl etməyən ölkə olacağıq. Onda da Ermənistan deyəcək ki, Azərbaycan bu bəyanatı pozursa, biz də ona əməl etmirik. Ona görə də Zəngəzur dəhlizinin formatından asılı olmayaraq Laçın dəhlizi fəaliyyətdə olacaq. Biz çalışmalıyıq ki, bəyanatı pozan tərəf Ermənistan olsun, Ermənistan şərtlərdən imtina etsin. Onda dediyimiz mexanizm işə düşəcək...
- Əslində sözümüzün canı ondadır ki, Zəngəzur dəhlizinə böyük əhəmiyyət verən dünya gücləri üçün Laçın dəhlizinin kimin; Rusiya və Ermənistanın, yaxud Azərbaycan və Türkiyənin nəzarətində qalması o qədər də maraqlı deyil. Və onlar bununla sanki artıq 8-ci aydır heç bir beynəlxalq mandat olmadan fəaliyyət göstərən Rusiya hərbi kontingentinin limitsiz bir müddətdə orada qalmasına şərait yaradırlar...
- Bilirsiz, Laçın dəhlizi ermənilərdən başqa heç kəs üçün əhəmiyyətli deyil. Heç Rusiya üçün də əhəmiyyətli deyil. Rusiyanın Qarabağda uzun müddət qalacağı, hərbi baza yaradacağı haqdakı təlaş isə yersizdir. O, qalmayacaq orada. Rusiya 90 milyonluq Azərbaycan-Türkiyə bazarını, Azərbaycan və Türkiyə kimi geosiyasi gücü cəmi 2,3 milyonluq Ermənistana dəyişən deyil. Ermənistan artıq Rusiya üçün əhəmiyyətini itirib və faktiki olaraq coğrafi baxımdan Rusiyanın tərkibində olmayan bir quberniyaya çevrilib. Ona görə də Laçın dəhlizinin fəaliyyət və istismar müddətinin məhdudluğu ermənilərə də məlumdur. Sadəcə olaraq Qarabağdakı ermənilərin orada yaşama istəklərinin iki yolu var; ya onlar Azərbaycanın mövcud qanunvericiliyinin tələblərinə əməl edərək Azərbaycan vətəndaşı olacaq, Azərbaycan pasportu alacaqlar, yaxud buna riayət etmək istəmirlərsə, Laçın dəhlizi açıqdır, buyurub Ermənistana gedə bilərlər...
- Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun rusiyalı həmkarı Sergey Lavrovla son Antalya görüşündə qucaqlaşması Türkiyə ilə Rusiyanın daha da yaxınlaşmasına dəlalət edir, yoxsa?
- Yox, zənnimcə, bu, daha çox adi, şəxsi zəmində olan rəğbətlə bağlıdır. Eyni zamanda, təbii ki, diplomatiyada hər bir jestin, hər bir hərəkətin mənaları var. Nəzərə almaq lazımdır ki, Rusiya və Türkiyə bir sıra məsələlərdə bir-biri ilə tamamilə əks mövqe tutmuş ölkələrdir, bir çox məsələlərdə onların maraqları toqquşur. Bu, təbiidir. Amma eyni zamanda bir sıra məsələlərdə Türkiyə və Rusiya tərəfdaşdırlar və əməkdaşlıq yolunu tuturlar ki, Cənubi Qafqazda da biz bunu müşahidə edirik. Hal-hazırda Türkiyə ilə Rusiyanın maraqları Cənubi Qafqazda qismən üst-üstə düşür. Və Çavuşoğlu Lavrovla qucaqlaşmalarıyla bu mesajı verirlər ki, biz hazırda çox sıx, aktiv və intensiv tərəfdaş ölkələrik. Mesajın açması bu idi...
- Elçin bəy, necə düşünürsüz, Yuxarı Qarabağın qalan hissəsinin azad olunması məsələsində siyasi-diplomatik yol bu dəfə də saqqız kimi uzanaraq Azərbaycan üçün növbəti onillərlə vaxta başa gəlməz ki?
- Qətiyyən. Hazırda bizim üçün ən önəmli məsələ Zəngəzur məsələsidir. Həmin dəhliz əlimizdə olandan sonra Xankəndi məsələsi avtomatik həllini tapacaq. Çinlilərin bir atalar sözü var ki, ağacın gövdəsinə kim nəzarət edirsə, meyvələrini də o dərir... Məsələ on illərlə uzanmayacaq. Digər tərəfdən, nə qədər paradoksal olsa da, on illərlə uzanmaq həm də bizim xeyrimizədir. Qarabağ münaqişəsi bu 30 ilə yaxın müddətdə həllini tapmadıqca iqtisadiyyatımızı yenidən dirçəltmək , ordumuzu faktiki yenidən qurmaq, dünya standartlarına cavab verən ən müasir silahlar və texnika ilə təchiz olunmuş ordu və silahlı qüvvələr yaratmaq üçün biz bu dövrdən istifadə etdik. Və həmin müddət ərzində hər gün bizi Vətən müharibəsindəki qələbəyə yaxınlaşdırırdı. Və biz qətiyyən şübhə etmirdik ki, Qarabağı azad edəcəyik... Bütün ölkə, bütün cəmiyyət, siz, mən, hər birimiz özümüz də bilmədən bunun üçün çalışırdıq. Nəticədə bu illər ərzində Ermənistan geriyə getdisə, biz irəli getdik. Zaman bizim xeyrimizə işlədi. İndi isə yenə də zaman bizim xeyrimizə işləyir. Və Xankəndi, Xocalı və s. məsələsinin həllinin on illərlə vaxt alacağına inanmıram. Hər şey çox qısa zamanda həllini tapacaq. Çünki Ermənistan bütün sahələrdə; hərbidən tutmuş maliyyə, gömrüyə, sərhədədək çökmüş bir ölkədir. Və onun yenidən dirçəlməsinə minumum 30 il vaxt lazımdır. Ən azı, ən yaxşı halda... Təbii ki, bu da mümkün olmayacaq...
Moderator.az
Xəbəri paylaş
Digər xəbərlər
13-10-2021, 12:36
Sabaha gözlənilən hava proqnozu açıqlanıb
24-12-2022, 12:45
Xankəndinin baş planı hazırlanıb - RƏSMİ
25-04-2022, 16:09
ABŞ-ın Gürcüstandakı keçmiş səfir müavini Ukraynada səfir ola bilər
15-05-2023, 16:09
Prezident Gürcüstan parlamentinin sədrini qəbul edib
23-02-2022, 22:31
“Kafedə yeyib-içdikdən sonra gedib maşından tüfəng götürüb” - İş adamının qətlinin təfərrüatı
12-09-2022, 16:43
Daha bir qazi özünü yandırdı - Vəziyyəti ağırdır
2-11-2022, 01:00
Azərbaycan Prezidenti İlham Əliyevin Əlcəzairə səfəri başa çatıb
9-11-2020, 15:30
BMT Təhlükəsizlik Şurası Qarabağa görə toplanır
28-01-2022, 10:13
DYP piyada svetoforları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib