"40 il öncə o vaxtkı ABŞ prezidenti Reyqan da “soyqırımı” dedi – Nə oldu?!.”
Tarix: 26-04-2021 | Saat: 10:06
Bölmə:Karusel / Dünya | çapa göndər
1399 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 26-04-2021 | Saat: 10:06
Bölmə:Karusel / Dünya | çapa göndər
“Rusiya neçə illərdir saxta soyqırımı tanıyıb, buna rəğmən Rusiya-Türkiyə münasibətləri göz qabağındadır...”
“Baydenin “soyqırımı” kəlməsini deyəcəyi gözlənilən idi. Onu demək üçün bəhanələri çox idi. Və sonunda o, bu kəlməni söylədi. Öncə onu demək istəyirəm ki, “soyqırımı” kəlməsini ABŞ prezidentləri arasında ilk işlədən Ronald Reyqan olub. O bu üzdəniraq kəlməni 1981-ci ildə Yahudi soyqırımı ilə bağlı muzeyin açılışında deyib. Öz çıxışında “ermənilərə qarşı olan soyqırım” ifadəsini işlədib. Nə oldu? O zaman da Türkiyə höküməti sərt mövqe ortaya qoyub, amma buna rəğmən münasibətlər də davam edib”.
Qarabaginfo.az xəbər verir ki, bu fikirləri Moderator.az-a açıqlamasında İstanbul Universitetinin Beynəlxalq Münasibətlər üzrə doktorantı, beynəlxalq münasibətlər üzrə analitik Teymur Qasımlı söyləyib.
“Bəs 40 il sonra Bayden niyə işlətdi “soyqırımı” sözünü? Bayden Türkiyə lideri Ərdoğanla 23 aprel gecə telefonla danişıblar və görüşmək məsələsi həlli olunub. Ancaq mətbuat soyqırım məsələsi bağlı sohbət barədə məlumat verməyib. Burda diqqət ediləcək bir məqam var. Bayden seçildikdən sonra Ərdoğanla təmas qurmurdu, amma 24 aprel öncəsi qurdu. Türkiyə höküməti isə Vaşinqtonda var gücüylə işlər aparırdı ki, Bayden-Erdoğan təması olsun. Düşünürəm ki, Baydenin “soyqırım”ı tanımasına əsas səbəb “S-400” məsələsi oldu. Türkiyə “S-400”-lərin bədəlini ödədi. Bəs bundan sonra nə olacaq? 14 iyunda Erdoğan-Bayden görüşü olmalıdır. Yəni Türkiyə ABŞ-la münasibətlərini davam etdirəcək və bu, düzgün addım olar. Çünki Türkiyənin başqa problemləri də var; həm daxildə, həm də xaricdə. Odur ki, iyunun 14-dəki görüş çox önəmli ola bilər.
Qaldı Baydenin “soyqırım” deməsi nəyi dəyişəcəyi məsələsinə. Hesab edirəm ki, heç nə dəyişməyəcək. Rusiya neçə illərdir saxta soyqırımı tanıyıb, amma buna baxmayaraq Rusiya-Türkiyə münasibətləri göz qabağındadır... Türkiyə Rusiyaya tərəvəz məhsulları və digər mallar satır. Kanada saxta soyqırımı tanyıb. Hətta 15 iyul hərbi çevrlişində əli olanlardan bəziləri Kanadada yaşayır. Amma Türkiyə Kanadadan taxıl alır. İstehsal etdiyi dronların bəzi hissələrini Kanadan gətirir. Digər tərəfdən, hansı dövlətin tanımasından asılı olmayaraq bu məsələnin huquqi əsası və perspektivi yoxdur. O biri yandan da Avropa İnsan Huquqları məhkəməsəi 2013, 2015-ci illərdəki qərarlarına əsasən Türkiyə ermənilərə qarşı heç bir soyqırımı törətməyib. Və həmin qətnamənin mövcudluğunu hər yerdə təbliğ etmək lazımdır...” –deyə analitik vurğulayıb.
Xəbəri paylaş
Digər xəbərlər
29-01-2022, 22:48
Bu ölkə Ukrayna ilə sərhədə qoşun göndərməyə hazırdır
23-10-2019, 18:07
Ramiz Mehdiyev AMEA prezidenti oldu - SƏRƏNCAM
22-07-2024, 08:13
Vətən Müharibəsi iştirakçılarının saxlanılmasına - DİN-dən reaksiya
7-12-2023, 15:28
Azərbaycanda gələn il 3 seçki keçiriləcək?
16-01-2023, 14:45
Qarabağ ermənilərinin ərəb ölkələrinə köçü başlayıb - Son 1 ayda 5 min nəfər gedib
23-11-2023, 15:25
"Avroviziya 2024" biletləri bu qiymətə satılacaq
17-02-2021, 12:40
Bərbərxanada qadına qarşı zor tətbiq edən polis işdən QOVULDU
10-12-2021, 12:11
Baş nazir rəsmi dövlət qəzetləri ilə bağlı qərar imzalayıb
2-06-2022, 11:40
Ökəyə narkotik gətirilməsinin qarşısı alındı
18-05-2020, 17:20
Azərbaycanda daha 113 nəfər koronavirusa yoluxub, 40 nəfər sağalıb