Ana Sayfa > Karusel / Dünya > "40 il öncə o vaxtkı ABŞ prezidenti Reyqan da “soyqırımı” dedi – Nə oldu?!.”

"40 il öncə o vaxtkı ABŞ prezidenti Reyqan da “soyqırımı” dedi – Nə oldu?!.”


26-04-2021, 10:06. Yazar: Admin
“Rusiya neçə illərdir saxta soyqırımı tanıyıb, buna rəğmən Rusiya-Türkiyə münasibətləri göz qabağındadır...”
 
“Baydenin “soyqırımı” kəlməsini deyəcəyi gözlənilən idi. Onu demək  üçün bəhanələri çox idi.  Və sonunda o, bu kəlməni söylədi. Öncə onu demək istəyirəm ki,  “soyqırımı” kəlməsini ABŞ prezidentləri arasında ilk  işlədən Ronald Reyqan olub.  O bu üzdəniraq kəlməni  1981-ci ildə Yahudi soyqırımı ilə bağlı muzeyin açılışında deyib. Öz çıxışında “ermənilərə qarşı olan soyqırım” ifadəsini işlədib. Nə oldu? O zaman da Türkiyə höküməti sərt mövqe ortaya qoyub, amma buna rəğmən münasibətlər də davam edib”. 
 
Qarabaginfo.az xəbər verir ki, bu fikirləri Moderator.az-a açıqlamasında  İstanbul Universitetinin Beynəlxalq Münasibətlər üzrə doktorantı, beynəlxalq münasibətlər üzrə analitik Teymur Qasımlı  söyləyib.
 
“Bəs  40 il sonra Bayden niyə işlətdi “soyqırımı” sözünü?  Bayden Türkiyə lideri Ərdoğanla 23 aprel gecə telefonla danişıblar və görüşmək məsələsi həlli olunub. Ancaq mətbuat soyqırım məsələsi bağlı sohbət barədə məlumat verməyib. Burda diqqət ediləcək bir məqam var. Bayden seçildikdən sonra Ərdoğanla təmas qurmurdu, amma 24 aprel öncəsi qurdu. Türkiyə höküməti isə Vaşinqtonda var gücüylə işlər aparırdı ki, Bayden-Erdoğan təması olsun. Düşünürəm ki, Baydenin “soyqırım”ı tanımasına  əsas səbəb “S-400” məsələsi oldu. Türkiyə “S-400”-lərin bədəlini ödədi. Bəs bundan sonra nə olacaq? 14 iyunda Erdoğan-Bayden görüşü olmalıdır. Yəni Türkiyə ABŞ-la münasibətlərini davam etdirəcək və bu, düzgün addım olar. Çünki Türkiyənin başqa problemləri də var; həm daxildə, həm də xaricdə.  Odur ki, iyunun 14-dəki  görüş çox önəmli ola bilər. 
 
Qaldı Baydenin “soyqırım” deməsi nəyi dəyişəcəyi məsələsinə. Hesab edirəm ki,  heç nə dəyişməyəcək. Rusiya neçə illərdir saxta soyqırımı tanıyıb, amma buna baxmayaraq Rusiya-Türkiyə münasibətləri göz qabağındadır... Türkiyə Rusiyaya tərəvəz məhsulları və digər mallar satır. Kanada saxta soyqırımı tanyıb.  Hətta 15 iyul hərbi çevrlişində əli olanlardan bəziləri Kanadada yaşayır. Amma Türkiyə  Kanadadan taxıl alır. İstehsal etdiyi dronların bəzi hissələrini Kanadan gətirir. Digər tərəfdən,  hansı dövlətin tanımasından asılı olmayaraq bu məsələnin huquqi əsası və perspektivi yoxdur. O biri  yandan da Avropa İnsan Huquqları məhkəməsəi 2013, 2015-ci illərdəki qərarlarına əsasən Türkiyə ermənilərə qarşı heç  bir soyqırımı törətməyib. Və həmin qətnamənin mövcudluğunu hər yerdə təbliğ etmək lazımdır...” –deyə analitik vurğulayıb.

Geri dön