ABŞ prezidenti Co Bayden vəzifəsində qalan aylarını Ukraynaya kömək etməyə, Yaxın Şərq münaqişəsinin həllinə və Hind-Sakit okean regionunda ABŞ-ın mövqelərini gücləndirməyə yönəldəcək.
Azpost.info xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Braunla birgə mətbuat konfransında deyib.
“Prezident indi diqqətini qarşıda duran işlərə, xüsusilə də Qəzzada müharibənin dayandırılmasına, Ukraynanın uzunmüddətli imkanlarının gücləndirilməsinə və Hind-Sakit okean regionunda mövqelərimizin möhkəmləndirilməsinə yönəldib”, – Ostin bildirib.