Saytımızı qiymətləndirin


 
 

Hikmət Hacıyev: Vətən müharibəsindən sonra mina qurbanlarının sayı 427-yə çatıb
Tarix: 09-06-2026 | Saat: 15:24
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Hikmət Hacıyev Xankəndidən paylaşım etdi - VİDEO » Azxeber.com Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Geniş yayılmış mina çirklənməsi məcburi köçkün ailələrinin təhlükəsiz qayıdışına, azad olunmuş ərazilərin yenidən qurulmasına, iqtisadi inkişafa və kənd təsərrüfatına əsas maneə olmaqda davam edir.

Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında yazıb.

Onun sözlərinə görə, minalar Ermənistan-Azərbaycan münaqişəsinin ən ağır mirası olaraq qalır və aktiv döyüşlərdən sonra da can almağa davam edir. Belə ki, 2020-ci il noyabrın 10-dan 2026-cı il iyunun 9-dək Azərbaycanda 264 mina hadisəsi baş verib, nəticədə 427 nəfər minaya düşüb, onlardan 73-ü həlak olub, 354-ü isə xəsarət alıb.

Hikmət Hacıyev qeyd edib ki, mina qurbanlarının arasında 231 mülki şəxs və 196 hərbçi var.

Prezidentin köməkçisi vurğulayıb ki, 1991-ci ildən bəri mina qurbanlarının ümumi sayı 3500 nəfəri ötüb. Onların arasında 362 uşaq və gənc, eləcə də 38 qadın var.

“Faciəvi insan tələfatından əlavə, geniş yayılmış mina çirklənməsi məcburi köçkün düşmüş ailələrin təhlükəsiz qayıdışına, azad olunmuş ərazilərin yenidən qurulmasına, iqtisadi inkişafa və kənd təsərrüfatına əsas maneə olmaqda davam edir. Hər bir tapılmış və təmizlənmiş mina sadəcə potensial xilas edilmiş həyatı yox, həm də yaxşılaşmaya doğru bir addımı təcəssüm etdirir. Minatəmizləmə fəaliyyəti təkcə təhlükəsizlik məsələsi deyil, həm də humanitar məcburiyyət və dayanıqlı yenidənqurma və inkişaf üçün başlıca şərtdir”, - Hikmət Hacıyev əlavə edib.



Xəbəri paylaş

42 dəfə oxunub.

Digər xəbərlər