AÇG və “Şahdəniz”dən indiyədək 618 mln. ton neft ixrac edilib
Tarix: 11-08-2023 | Saat: 15:59
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
1209 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 11-08-2023 | Saat: 15:59
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən 1 avqust 2023-cü il tarixinədək buradan 409 mlrd. kubmetr qaz hasil olunub.
Energetika Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, hesabat dövründə AÇG-dən 211 mlrd. kubmetr, “Şahdəniz”dən isə 198 mlrd. kubmetr qaz hasil edilib.
“Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 139,9 mlrd. kubmetrə yaxını ixraca nəql edilib”, - məlumatda qeyd olunur.
Məlumata görə, hesabat dövründə AÇG və “Şahdəniz”dən 620,3 mln. tona yaxın neft (kondensatla birlikdə) hasil edilib. AÇG-dən 577,5 mln. ton neft, “Şahdəniz”dən isə 42,8 mln. tona yaxın kondensat çıxarılıb.
“Bundan 1 avqust 2023-cü il tarixinədək 618,4 milyon tonu ixraca nəql edilib”, - məlumatda bildirilir.
Xəbəri paylaş
Digər xəbərlər
2-08-2023, 11:27
Yevlax xəstəxanasında 73 min manatlıq MƏNİMSƏMƏ
1-05-2025, 13:54
Neftin qiyməti ilə bağlı vacib proqnoz: 2030-cu ilədək...
17-11-2023, 12:31
Öz işini görə bilməyən 700 müəllimi işdən çıxara bildik - NAZİR
8-10-2026, 13:37
"Fitch Solutions": 2026-2027-ci illərdə Azərbaycanın büdcə profisiti 2%-dən çox olacaq
17-12-2022, 21:24
DÇ-2022: Xorvatiya Mərakeşi məğlub edərək dünya üçüncüsü olub
29-09-2026, 22:04
Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb
17-04-2024, 10:01
“Atam heç bir xəstəlikdən əziyyət çəkmirdi” - Tural Rəcəbli
19-08-2025, 13:19
ABŞ və Avropa Ukrayna üçün zəmanətlə bağlı prosesə başlayır
10-03-2022, 19:16
MN: Ordumuzun mövqeləri atəşə tutulub



















