Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > AÇG və “Şahdəniz”dən indiyədək 618 mln. ton neft ixrac edilib
Ana Sayfa > Karusel / İqtisadiyyat > AÇG və “Şahdəniz”dən indiyədək 618 mln. ton neft ixrac edilib

AÇG və “Şahdəniz”dən indiyədək 618 mln. ton neft ixrac edilib


11-08-2023, 15:59. Yazar: Admin

AÇG və “Şahdəniz”dən indiyədək 618 mln. ton neft ixrac edilib

“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən 1 avqust 2023-cü il tarixinədək buradan 409 mlrd. kubmetr qaz hasil olunub.

Energetika Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, hesabat dövründə AÇG-dən 211 mlrd. kubmetr, “Şahdəniz”dən isə 198 mlrd. kubmetr qaz hasil edilib.

“Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 139,9 mlrd. kubmetrə yaxını ixraca nəql edilib”, - məlumatda qeyd olunur.

Məlumata görə, hesabat dövründə AÇG və “Şahdəniz”dən 620,3 mln. tona yaxın neft (kondensatla birlikdə) hasil edilib. AÇG-dən 577,5 mln. ton neft, “Şahdəniz”dən isə 42,8 mln. tona yaxın kondensat çıxarılıb.

“Bundan 1 avqust 2023-cü il tarixinədək 618,4 milyon tonu ixraca nəql edilib”, - məlumatda bildirilir.


Geri dön