Saytımızı qiymətləndirin


 
 

Kreml Paşinyanı təbrik etməyə tələsmir- "Rəsmi nəticələri gözləyirik"
Tarix: 09-06-2026 | Saat: 16:25
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Rusiya Nikol Paşinyanı seçki qələbəsi münasibətilə təbrik etməzdən əvvəl Ermənistandakı səsvermənin rəsmi nəticələrini gözləməyə üstünlük verir.

Qarabaginfo.az-ın məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə qeyd edib.

“Yekun rəsmi nəticələri gözləmək vacibdir. Biz rəsmi nəticələri gözləməyə üstünlük veririk.”deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov izah edib ki, səsvermə zamanı Ermənistandan çoxsaylı qanun pozuntuları qeydə alınıb və bu da rəsmi nəticələri xüsusilə vacib edir. O qeyd edib ki, səsvermə zamanı Ermənistandakı parlament seçkilərində çoxsaylı qanun pozuntuları barədə məlumatlar daxil olub:  “Bir çox qeyri-müəyyən məqamlar var idi. Baş verən qanun pozuntuları barədə çoxlu məlumat gördük.”



Xəbəri paylaş

47 dəfə oxunub.

Digər xəbərlər