Saytımızı qiymətləndirin


 
 

ABŞ bu il üçün Azərbaycanda maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu artırıb
Tarix: 10-06-2026 | Saat: 09:38
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

ABŞ bu il üçün Azərbaycanda maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu artırıb

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2026-2027-cı illər üçün orta hesabla gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu yeniləyib.

Qarabaginfo.az EIA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2027-ci ildə ölkədə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 520 min barel səviyyəsində olacaq, bu da öncəki proqnoz göstəricidən 20 min barel azdır.

EIA-nın ehtimalına görə, 2026-cı ildə ölkədə gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 550 min barel təşkil edəcək (öncəki proqnoz göstərici – 540 min barel).

Hesabata əsasən, Azərbaycanda qeyd olunan göstərici 2025-ci ildə 570 min barel təşkil edib. 2024-cü ildə Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 600 min barel olub.



Xəbəri paylaş

8 dəfə oxunub.

Digər xəbərlər