Saytımızı qiymətləndirin


 
 

Bundestaq iqtisadi böhran səbəbindən deputat maaşlarının artırılmasından imtina edə bilər
Tarix: 10-06-2026 | Saat: 09:54
Bölmə:Karusel / Dünya | çapa göndər

Bundestaq iqtisadi böhran səbəbindən deputat maaşlarının artırılmasından imtina edə bilər

Almaniya Bundestaqı 2026-cı ildə deputat maaşlarının növbəti artırılma prosesindən imtina etməyi planlaşdırır.

Bu barədə DPA agentliyi hakim Xristian Demokrat və Xristian Sosial İttifaqları blokunun və Almaniya Sosial Demokrat Partiyasının parlament fraksiyalarındakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, maaş artımından imtina ilə bağlı qanun layihəsi artıq bu həftə parlamentin müzakirəsinə çıxarıla bilər.

Deputatlar bununla əhaliyə mürəkkəb iqtisadi şəraitdə qənaətin vacibliyi barədə mesaj vermək niyyətindədirlər.

Hazırda Bundestaq deputatının aylıq əməkhaqqı təxminən 11,8 min avro təşkil edir. İyul ayından etibarən bu məbləğin 497 avro artırılaraq 12 330 avroya çatdırılması nəzərdə tutulurdu.

Qeyd olunur ki, deputat maaşları ölkədəki orta əməkhaqqına uyğun olaraq avtomatik indeksləşdirilir.

“Yaşıllar”, Almaniya üçün Alternativ Partiyası və Sol Partiya da mövcud şəraitdə maaşların artırılmasına qarşı çıxıb.



Xəbəri paylaş

9 dəfə oxunub.

Digər xəbərlər