Saytımızı qiymətləndirin


 
 

"Oğlumu gözləri götürümür" - Bıçaqlanan məktəblinin atası
Tarix: 04-10-2022 | Saat: 11:36
Bölmə:Karusel | çapa göndər

Xəbər verdiyimiz kimi İsmayıllı rayonunda bıçaqlanma hadisəsi baş verib.

 

Hadisə rayonun Xanagah kənd sakini, 2003-cü il təvəllüdlü Hafiz Nəbiyev şəxsi münasibətlər zəmnində aralarında baş verən dava zamanı həmkəndlisi, Xanagah kənd tam orta məktəbin 10-cu sinif şagirdi, 2007-ci il təvəllüdlü Fətəliyev Nihat Mübariz oğlunu bıçaqlayıb.

 

Hadisə ilə bağlı Modern.az-a danışan zərərçəkənin atası Mübariz Fətəliyev bildirib ki, bıçaqlanma söyüş üstündə olub.

 

"Oğlum idmançıdır, ölkə çempionudur deyə ətrafdakıların gözü onu götürmür, Hafiz də oğluma dəfələrlə "səni harada görsəm, vuracam" deyirmiş. Babasıgildən evə gələndə yolda qabağın kəsib, oğlumu təhqir edib, mübahisə ediblər, sonra da bıçaqlayıb".

 

M.Fətəliyevin sözlərinə görə, övladı Nihat universitetə hazırlaşır, dərslərində nizam-intizamlıdır, hazırda vəziyyəti yaxşıdır.

 

Atası qeyd edib ki, hazırda oğlu xəstəxana şəraitində müalicə alır, həyati təhlükəsi yoxdur.

 

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, hadisəni törədən Hafiz Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılıb, məhkəmə-tibbi ekspertizası təyin olunub.

 

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırmalar davam etdirilir.



Xəbəri paylaş

173 dəfə oxunub.

Digər xəbərlər