“Ruslarla bağlanan saziş buz üzərində yazılmış kimidir, buz əriyən kimi itir...”
Tarix: 12-08-2021 | Saat: 15:55
Bölmə:Karusel / Siyasət | çapa göndər
1324 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 12-08-2021 | Saat: 15:55
Bölmə:Karusel / Siyasət | çapa göndər
“Əvvəl ondan başlayaq ki, Sergey Şoyqu Ermənistanın yeni təyin olunmuş müdafiə nazirini qəbul edib və bu görüş zamanı Azərbaycana da mesaj ötürüb, bütün dünyaya da açıq şəkildə bildirib ki, biz Ermənistan ordusunun müasir silahlarla təchizatında və ümumiyyətlə, bu ordunun modernləşməsində maraqlıyıq”.
Qarabaginfo.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında yazıçı, jurnalist Orxan Fikrətoğlu deyib. Onun sözlərinə görə, baş verənlər əslində gözlənilən idi:
“Ermənistan Rusiyanın daxil olduğu bir çox və əslində dırnağarası yaratdığı qurumların üzvüdür. İkincisi bölgədə İranın, Rusiyanın aktivləşməsi, eyni zamanda, Jirnovksi-Vahabzadə qarşıdrumasının bir test kimi xüsusilə Rusiya cəmiyyətində qabardılması düşünürəm ki, hər halda müəyyən bir prosesin sızmış tərəfləridir. Bu reallıq əslində gözlənilən idi. Çünki Əbdülrəşid Bakuvinin bir sözü var və bu kəlamı heç vaxt unutmamışam. O, söyləyir ki, “ruslarla bağlanan saziş buz üzərində yazılmış kimidir, buz əriyən kimi itir”. Yəni Rusiyayla istənilən dövlətin bağladığı saziş Rusiya maraqlarının həmin nöqtəyə gəlişi qədərdir. Əvvəldən təbii ki, bu proseslərin belə olması əslində gözlənilən idi. Düzdü, Azərbaycan Ordusunun 44 günlük şücaəti bütün dünyanı, o cümlədən Rusiyanın özünü də əsgər modelində Azərbaycan dövlətinin öz ərazilərini qorumaq iqtidarına olduğunu sübut etdi. Bunun özü də görünür Rusiya üçün bir dərs idi. Bu gün konkret olaraq söz söyləmək çətindir. Ona görə ki, bölgədə geopolitik küləklər əsməkdədir. Fransa, Amerika və Rusiyanın bölgədəki maraqları artıq açıq kondeksdə özünü biruzə verməkdədir”.
O. Fikrətoğlu bu məsələlərə qardaş Türkiyənin reaksiya verəcəyini bildirib:
“Burda Əfqanıstan və digər ərazilərdə artıq fəallaşmış Türkiyədən Azərbaycan Şuşa bəyannaməsi zəminində yeniliklər gözləməyin bizə və bölgəyə model olaraq xeyri ola bilər. Amma nə baş verirsə, təbii ki, Azərbaycan dövlətçiliyinin maraqlarına ziddir. Söhbət Azərbaycan ərazilərindən gedir. Müstəqil ekspert olaraq sülhməramlı qüvvələr adı altında Qarabağda yerləşmiş Rusiya ordusunun o torpaqlardan çıxarılmasının tərəfdarıyam. Laçın dəhlizində Azərbaycan Ordusunun yerləşdirilməsində maraqlıyam. Amma bütün bunlar sadəcə mülahizələr şəklindədir, çünki Rusiyanın bölgədə gücü və mövcudluğu artıq defaktodur. Bu artıq Dağlıq Qarabağda sülhməramlı və yaxud hansısa şəkildəsə mövcuddur. Bu gün Rusiyanı o bölgədən çıxarmaq çox çətindir bunu nəinki Azərbaycan, heç Amerika da bacarmaz. Bu reallıqda Azərbaycan dövlətçiliyinin qorunması, əsgərinin bölgədə dominant fiqura çevrilməsi əlbəttə ki, Şuşa bəyannaməsi zəminində gec-tez gündəmə gələcək. Türkiyənin hansısa şəkildə Qarabağda mövcudluğu, ora gəlişi və kiçik, lokal savaşların olması da istisna deyil. Xüsusilə Jirnovski kimi bir fiqurun gündəmə gəlməsi və o fiqurun artıq hüquq zəminində Azərbaycanla hansısa bir mübahisəyə girişməsi hesab edirəm ki, təsadüf deyil, bu bir mesajdır”.
O. Fikrətoğlu vəziyyətdən çıxış yolu kimi təhlükəli olsa da, həmin ərazilərə məcburi köçkünlərin yerləşdirilməsini təklif edib:
“Hər halda bizim nə etməyimiz və necə etməyimiz çox mühümdür. Mən düşünürəm ki, bu reallıqda yeganə çıxış yolu Azərbaycanın azad etdiyi ərazilərinə (o yerlərdə minaların olduğunu başa düşürəm) məcburi köçkünlərin qaytarılması ola bilər. Bu gün məcburi köçkünlər o ərazilərə qayıdarlarsa, artıq tamam başqa müstəvidə Rusiyayla dialoq aparıla bilər. Hələ qayıtmayıbsa, hesab edirəm ki, bu tamam başqa müstəvidə dialoqun şəkillənməsinin mənzərəsi ola bilər. Əlbəttə, o yerlərdə minalar var, onların təmizlənməsi sona çatırılmalıdır, tikintilər aparılmalı və yaşayış üçün infrastruktur yaradılmalıdır. Amma onu da anlayıram ki, hər gün məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıtmaması məsələni tamam başqa müstəviyə yönəldir. Reallıq budur”.
Xəbəri paylaş
Digər xəbərlər
26-09-2024, 10:29
Bu gün Nyu-Yorkda Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçiriləcək
22-08-2024, 11:28
“10 il sonra milyonlarla insanın beynində çip olacaq”
26-02-2024, 17:40
Aleksey Navalnı ilə vida mərasiminin vaxtı açıqlanıb
23-06-2020, 13:10
Deputatların koronavirus testinin nəticələri açıqlandı
10-06-2022, 12:36
“Rus bölməsi üzrə göstəricilər Azərbaycan bölməsindən aşağıdır” - Nazir
18-05-2022, 21:20
Prezident: "Bizim planlarımıza qazın, elektrik enerjisinin və neft-kimya məhsullarının ixracını böyük həcmdə artırmaq daxildir"
20-07-2022, 22:27
Anna Başta dünya çempionatının gümüş medalını qazandı - Foto
10-01-2022, 23:41
Bakıda məktəbli bıçaqlanıb
15-01-2022, 21:39
Almaniyada COVİD-19 məhdudiyyətlərinə qarşı aksiyalarda 15 minə yaxın etirazçı iştirak edib