“Çiçəklənən Ermənistan” partiyasının sədri, iş adamı Qaqik Tsarukyana ölkəni tərk etmək qadağan edilib.
Qarabaginfo.az bildirir ki, bu barədə Baş Prokurorluq İctimai Televiziyanın sorğusuna cavab olaraq açıqlama verib.
O, Cinayət Məcəlləsinin 290-cı maddəsinin 3-cü hissəsinin 2-ci bəndi (xüsusilə külli miqdarda vergidən yayınma) ilə ittiham olunub və səyahət qadağası tətbiq edilib.
Mediada yayılan məlumatlara görə, Qaqik Tsarukyan bu gün Zvartnots Beynəlxalq Hava Limanı vasitəsilə Ermənistandan qaçmağa cəhd edib. Lakin hüquq-mühafizə orqanları onun buna mane olub.
Onun mətbuat katibi İveta Tonoyan bildirib ki, Qaqik Tsarukyan və həyat yoldaşı sırf şəxsi və ailə məqsədləri üçün əvvəlcədən 2-3 günlük səfər planlaşdırılmışdı.
Qeyd edək ki, Tsarukyanın partiyası parlament seçkisində uğur qazana bilməyib.



















