Saytımızı qiymətləndirin


 
 

Sumqayıt şəhərinin 75 illiyinə həsr olunan tədbir keçirilib - FOTO
Tarix: 25-10-2024 | Saat: 10:18
Bölmə:Karusel / İqtisadiyyat / İnfrastruktur | çapa göndər

Sumqayıt şəhərinin 75 illiyinə həsr olunan tədbir keçirilib - FOTO

Sumqayıtın 75 illik yubileyi münasibətilə “Kimyaçı” Mədəniyyət Sarayında tədbir keçirilib.

Qarabaginfo.az xəbər verir ki, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib. İştirakçılar öncə Sumqayıtın 75 illik yubileyinə həsr olunan sərgiyə baxış keçirilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Vurğulanıb ki, 1949-cu ildə şəhər statusu alan Sumqayıt ötən dövr ərzində mühüm inkişaf yolu keçərək Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilib. Cənubi Qafqazın mühüm sənaye mərkəzlərindən biri kimi tanınan Sumqayıtın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Ulu Öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi islahatlar nəticəsində Sumqayıt yeni bir dövrünü yaşayır. Dövlət başçısının apardığı iqtisadi və sosial siyasəti nəticəsində həyata keçirilən dövlət proqramlarının uğurla icrası Sumqayıt şəhərinin də inkişafında mühüm rol oynayıb.

Qeyd olunub ki, xüsusilə son 20 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında Sumqayıt şəhərində çox böyük layihələr reallaşdırılıb, şəhərin inkişafı ilə bağlı önəmli işlər görülüb.Bu layihələr arasında sənaye parklarının yaradılması, ətraf mühitin qorunması, şəhərin infrastrukturunun yenidən qurulması və modernləşdirilməsi, təhsil və sağlamlıq xidmətlərinin yaxşılaşdırılması kimi mühüm addımlar yer alır.

Daha sonra tədbir konsert proqramı ilə davam etdirilib. Konsert proqramında respublikanın tanınmış incəsənət ustalarının ifaları tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

 



Xəbəri paylaş

21 dəfə oxunub.

Digər xəbərlər