Saytımızı qiymətləndirin


 
 

Cənubi Koreya Alyaskadakı LNG layihəsinə 54 milyard dollar yatıra bilər
Tarix: 30-09-2026 | Saat: 10:09
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Cənubi Koreya Alyaskadakı LNG layihəsinə 54 milyard dollar yatıra bilər

ABŞ Prezidenti Donald Trampın sentyabrın 30-da Cənubi Koreyanın ABŞ-a təxminən 200 milyard dollarlıq investisiya planını açıqlayacağı gözlənilir. Bu vəsaitin 54 milyard dollarının “Alaska LNG” layihəsinə yönəldilməsi nəzərdə tutulur.

Bu barədə “Bloomberg“ mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, layihə Alyaskadan qazın nəqli və mayeləşdirilmiş təbii qaz şəklində əsasən Asiyaya ixracını nəzərdə tutur. Layihəyə təxminən 1,2 min kilometr uzunluğunda qaz kəmərinin və ixrac terminalının tikintisi daxildir.

“Bloomberg“ qeyd edir ki, layihənin yüksək dəyəri və miqyası onun həyata keçirilməsini çətinləşdirib. Cənubi Koreyanın investisiyalarının həm qaz kəmərinin, həm də ixrac terminalının tikintisini dəstəkləyəcəyi gözlənilir.

Agentliyin məlumatına görə, Tramp sentyabrın 30-da Seulla razılaşdırılmış investisiya planı çərçivəsində dəstək alacaq ilk layihələri açıqlaya bilər.



Xəbəri paylaş

45 dəfə oxunub.

Digər xəbərlər