Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Cənubi Koreya Alyaskadakı LNG layihəsinə 54 milyard dollar yatıra bilər
Ana Sayfa > Karusel / İqtisadiyyat > Cənubi Koreya Alyaskadakı LNG layihəsinə 54 milyard dollar yatıra bilər

Cənubi Koreya Alyaskadakı LNG layihəsinə 54 milyard dollar yatıra bilər


Bu gün, 10:09. Yazar: Admin

Cənubi Koreya Alyaskadakı LNG layihəsinə 54 milyard dollar yatıra bilər

ABŞ Prezidenti Donald Trampın sentyabrın 30-da Cənubi Koreyanın ABŞ-a təxminən 200 milyard dollarlıq investisiya planını açıqlayacağı gözlənilir. Bu vəsaitin 54 milyard dollarının “Alaska LNG” layihəsinə yönəldilməsi nəzərdə tutulur.

Bu barədə “Bloomberg“ mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, layihə Alyaskadan qazın nəqli və mayeləşdirilmiş təbii qaz şəklində əsasən Asiyaya ixracını nəzərdə tutur. Layihəyə təxminən 1,2 min kilometr uzunluğunda qaz kəmərinin və ixrac terminalının tikintisi daxildir.

“Bloomberg“ qeyd edir ki, layihənin yüksək dəyəri və miqyası onun həyata keçirilməsini çətinləşdirib. Cənubi Koreyanın investisiyalarının həm qaz kəmərinin, həm də ixrac terminalının tikintisini dəstəkləyəcəyi gözlənilir.

Agentliyin məlumatına görə, Tramp sentyabrın 30-da Seulla razılaşdırılmış investisiya planı çərçivəsində dəstək alacaq ilk layihələri açıqlaya bilər.


Geri dön