Saytımızı qiymətləndirin


 
 

Komissar: “Aİ sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı yardım etməyə hazırdır”
Tarix: 04-02-2022 | Saat: 18:51
Bölmə:Karusel / Siyasət | çapa göndər

Komissar: “Aİ sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı yardım etməyə hazırdır”

“Biz Azərbaycan və Ermənistan arasında gərginliyin azaldılmasında maraqlıyıq”.

Qarabaginfo.az-ın xəbərinə görə, bunu bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən mətbuat konfransında Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyi bildirib.

O. Varhelyi deyib ki, Aİ sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı yardım göstərməyə hazırdır: “Aİ minatəmizləməyə dəstəyə də hazırdır. Aİ bu sahələrdə tək texniki deyil, maliyyə dəstəyinə də hazırdır. Müəyyənləşdirməyə çalışacağıq ki, dəstək hansı formalarda göstərilə bilər. Aİ tək barışıq deyil, yenidənqurma səylərinə də dəstək verə bilər”.

Aİ komissarı Azərbaycanı regionda açar rolu oynayacaq tərəfdaş kimi gördüklərini də vurğulayıb. (apa.az)



Xəbəri paylaş

1247 dəfə oxunub.

Digər xəbərlər