Qarabaginfo.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.
O, delimitasiya prosesində erməni hərbi ekspert Naapteyanın fikirlərinə münasibət bildirib.
Xatırladaq ki, Naapteyan deyib ki, Tex kəndinin şimal ərazilərinin Azərbaycana verilməsindən sonra başladılacaq delimitasiya prosesdində Geqarkunik, Ararat və Tavuş mərzlərində yeni silahlı insidentlərin baş verməsi istisna edilmir.
Öz növbəsində, Ş.Ramaldanov əlavə edib ki, digər tərəfdən, başqa bir səbəb ortada üçtərəfli bəyannamənin müddəaların yerinə yetirilməməsi və Ermənistanın indiyə qədər destruktiv mövqe sərgiləməsidir.
Onun sözlərinə görə, Ermənistanın hərbi-siyasi rəhbərliyi regionda vəziyyətin gərginləşməsində maraqlı olan qüvvələrə xidmət edir:
“Bunlar isə Rusiyanın, Qərbin və İranın bölgədə öz maraqlaırnı hədəfləməsidir. Onsuz da Rusiyanın buradakı məqsədi öz təsirini gücləndirməkdir. Qərbin təsiri isə regionda Rusiyanın və Türkiyənin təsirini azaltmaq və bu fonda öz rıçaqlarını bölgədə təmin etməkdir.
İran faktoru da prinsip cəhətdən bizə aydındır. İranın indiki mövqeyi Azərbaycana qarşıdır və hələ də bununla bağlı konkret qonşuluq siyasətinə köklənmiş görüşlər aparılmır. Ümumiyyətlə, bu gün İranın mövqeyi heç də başadüşülən deyil”.
“Ona görə bu faktorları nəzərə alaraq bəzi çağırışlar və fikirlər də səslənir. Məsələn, qeyd olunur ki, Türkiyədəki zəlzələ bu ölkənin iqtisadi potensialını zəiflədib və Türkiyə seçki qabağı hər hansı preventiv addımlar atmayacaq. Elə məhz bunun üçün də regionda vəziyyəti gərginləşdirmək lazımdır və s. Biz bu çıxışlara qarşı mübarizə aparmalı və dellimitasiya prosesini həll emtəliyik”, - yekunlaşdırıb.